yenicag.az
yenicag.az

Cəbhə xəttində yanğın baş verdi – Fotolar

Cəbhə xəttində yanğın baş verdi – Fotolar

Müəllif: Redaktor

Editor

15801300_847815838695054_1185392664_nAğdamın cəbhə xəttində yerləşən Əhmədağalı kəndində Mətləb Əliyevə məxsus fərdi yaşayış evində yanğın baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, hadisə axşam saatlarında qeydə alınıb. Ailə üzvləri birinci mərətbədə olduğundan evin damının alovlanmasından əvvəlcə xəbər tutmayıblar.

Yanız qonşulaın xəbərdarlığından sonra ailə alovların içərisində qalan evdən çıxmağı bacarıb. Hadisə yerinə FHN-nin ağdam yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısı alınsa da ümumi sahəsi 338 kvadrat metr olan ikimertebeli ,7 otaqlı evin 318 kvadrat metri ve evə bitişik 78 kvadrat metr çardaq yanıb.

Səhər saatlarında hadisə yerinə qayıdan ev sahibinin sözlərinə görə evin bütün əşyaları yanğın nəticəsində yararsız vəziyyətə düşdüyündən çıxarmaq mümkün olmayıb.

İlkin ehtimala görə hadisə elektirik naqillərindəki qısaqapanma səbəb olub. Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.


Yeniçağ.Az

Kriminal, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti