www.sinerjipro.net

SinerjiProWide
Reklam

Son günlər ermənilərin təxribatı ilə cəbhə xəttində vəziyyət yenidən gərginləşməyə başlayıb. Görəsən, ermənilərin bu təxribatı aprel döyüşlərinin təkrarlanmasına gətirib çıxara bilərmi?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov təmas xətti boyunca yeni gərginliklərin olacağını dəfələrlə qeyd etdiyini dedi:
“ Ermənistan işğalçı qüvvələrinin təmas xəttində mövqelərimizi atəşə tutması onu deməyə əsas verir ki, bədnam qonşularımız heç cürə sakitləşmək bilmirlər. Hələ üstəlik də, düşmənin təkcə avtomat və pulemyotlardan deyil, daha ağır silahlardan – 60, 82 və 120 millimetrlik minomyotlardan istifadə etməsi təsadüfi deyil. Ermənilər möhkəm “qaşınırlar”. Onlara güclü “həkim müalicəsi” lazımdır. Azərbaycan Silahlı Qüvvələri də düşmənə layiqli cavabı verir. Amma hesab edirəm ki, təxribatların dairəsi də genişlənəcək. Onlar qarşılarına məqsəd qoyublar ki, Azərbaycanı iri təxribata sürükləsinlər. Baş verə biləcək faciələrdən sonra isə ATƏT-in bivec Minsk qrupu və digər növbətçi təşkilatlar dərhal prosesə qoşulacaqlar”.

Ü.Cəfərov qeyd edib ki, ötən il dekabrın 29-dan Azərbaycan ordusunun əsgəri Çingiz Qurbanovun meyiti düşmən əlindədir:

“Diqqət edirsinizsə, ATƏT və digər beynəlxalq təşkilatlar ancaq boğazdan yuxarı bir bəyanat səsləndirməklə işlərini bitmiş hesab edirlər. Sanki bunu görən düşmən bir az da azğınlaşır və öz fitnə-fəsadlarının miqyasını daha da genişləndirir. Belə getsə, biz tez bir zamanda cəbhədə ağır lokal toqquşmaların şahidi olacağıq. Buna Azərbaycan Müdafiə Nazirliyi də hazır olmalıdır. Onsuz da əsgər və zabitlərimiz düşmənə layiqli şəkildə sarsıdıcı zərbələr vururlar. Amma daha iri təxribatların olacağını da öncədən bilmək və ona qarşılıq vermək lazım olacaq”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 45
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."