cebhede21Bu gün gecə saat 3 radələrində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttini ağır artileriyadan atəşə tutub.

Gərginlik cəbhə xəttinin Füzuli, Ağdam və Tərtər istiqamətində qeydə alınıb.

Ermənilərin ağır artileriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində mərmilərdən birini evə düşməsi nəticəsində Ağdam rayonundan məcburi köçkün, Cəlal Rəhimov həyatını, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Eyni vaxtda Ağdamın kəndləri də atəşə məruz qalıb. Rayon ərazisində Salınan Baharlı qəsəbəsinə isə ağır artileriyadan açılan məmilər evlərin həyətlərinə düşüb.

Mərmilərdən biri isə 73 nömrəli evdə yaşayan Tural İsmayılovun digəri, 199 sayli evin sahibi Muxtar Məmmədovun həyətinə düşüb. Xoşbəxtlikdən bu qəsəbədə dinc əhali arasında yaralanan və ya ölən olmayıb.

Hərbi mənbələrdən əldə olunan məlumata görə erməni hərbçiləri arasında itki daha çoxdur. (Aznews)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 80
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."