!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəbhədə vəziyyət gərginləşib

!Reklam – Yazi

cebhe-300x185Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 18 dəfə pozub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Ermənistanın İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex, Barekamavan və Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli, Qaymaqlı və Quşçu Ayrım kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

www.yenicag.az

693
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv