yenicag.az
yenicag.az

Cəbhədə vəziyyət yenidən gərgindir – Video, Yenilənib – 3

Cəbhədə vəziyyət yenidən gərgindir – Video, Yenilənib – 3

Müəllif: Redaktor

Editor

wrewerr

Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.
***

Ermənistan silahlı güvvələri atəşkəs rejimini yenidən pozublar.

Təmas xəttinin Tərtər istiqamətində yenidən atəş səsləri eşidilir. Məlumata görə qarşı tərəf artileriya silahlarını işə salıb. Azərbaycan ordusu qarşı tərəfin təxribatına cavab atəşi ilə qarşılıq verir.

***
21:41

Aprelin 26-na keçən gecə Ermənistan tərəfinin açdığı atəş nəticəsində Tərtərdə 21 evə ziyan dəyib.

Yenicag.az xəbər verir ki, bunu ANS-ə açıqlamasında Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəgil Məmmədov deyib. O həmçinin deyib ki, Qaynağ kəndi ilə yanaşı daha bir ev Tərtərin Həsənqaya kəndində tamamilə dağılıb.

Gündəm, Manşet, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti