!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çeçenistanda Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürülüb

!Reklam – Yazi

Martın 24-nə keçən gecə Rusiya Milli Qvardiyasının Çeçenistanın Naur rayonu ərazisindəki hərbi hissəsinə hücum olub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 02:00-03:00 arasında baş verib.

Səkkiz nəfər silahlı hərbi hissəyə daxil olmağa cəhd göstərib. Baş verən döyüş zamanı onlardan 6-sı öldürülüb. İkisi isə gizlənməyə nail olub.

Rusiya Milli Antiterror Mərkəzindən bildirilib ki, hərbçilər arasında ölənlər və yaralananlar var. Ölən hərbi qulluqçuların sayının 6 nəfər olduğu açıqlanıb.

Yeniçağ.az

www.yenicag.az

713
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv