Yazı İçi 468×60

setrytuyu_3757676Cəlilabadda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Yenicag.az “Report”a istinadən bildirir ki, hadisə rayonun Dövlətalıbəyli kəndində qeydə alınıb.

Belə ki, rayonun Tahirli kənd sakini Telman Ağayev idarə etdiyi “Lada Kalina” markalı avtomobillə hərəkətdə olarkən Kövüzbulaq kənd sakini Həbulla İbrahimovun idarə etdiyi “Vaz-2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü hadisə yerindəcə dünyasını dəyişb.

Sərnişinlər Xatirə İbrahimova, onun azyaşlı övladı Feyruz İbrahimov isə müxtəlif dərəcəli bədən xasarətləri alıb. Yaralılar dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırlıb. Yaralıların vəziyyəti ağır olduğundan xəstəxanada ilk yardım göstərildikdən sonra onlar Bakıya gətirilib.

Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 25
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."