!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda bir ailənin faciəsi – FOTOLAR

!Reklam – Yazi

yarali qezada 24 iyun (2)Cəlilabadda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Rayonun Bədirli kəndindən keçən hissəsində Məlikqasımlı kənd sakini Mais Əzizovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə qarşıdan gələn Boyxanlı kənd sakini Davud Səfərovun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub.

Qəza nəticəsində “VAZ 2106”nın sürücüsü Mais Əzizov və sərnişinləri – bacısı Rəsmiyyə, Mahirə Cəfərova və həyat yoldaşı Məlahət Əzizova yaralanıb. Onlar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Sürücünün həyat yoldaşı Məlahət Əzizovanın həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib. Digərlərinin isə vəziyyəti ağırdır.

Mərhumun qonumları AzVision.az-a bildiriblər ki, M.Əzizovun vəziyyəti həddən artıq ağır olsa da, Bakıya çatdırılması üçün şərait yaradılmır: “Hazırda həkimlər onu Bakıya aparmağa icazə vermirlər. Bildirirlər ki, qabırğaları qırılıb, təzyiqi oynayır. Qabırğaları qırıldığından qorxuruq ki, qara ciyəri zədələnər, daxilə qanaxması ola bilər”.

Qeyd edək ki, hazırda faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

1117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv