Cəlilabadda dəhşət! Körpə yanaraq öldü – FOTOLAR

Müəllif: Redaktor

Editor

8a94150e65499a3c69365c35c2679f9fCəlilabad rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Bu gün səhər saatlarında rayonun Əliqasımlı kənd sakini Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində yanğın olub.

Ümumi sahəsi 108 kv.m. olan evin otaqlarının birində başlayan yanğının əhatə dairəsi tez zamanda genişlənib. Yanğın zamanı otaqda yatmış ev sahibinin 1,5 yaşlı oğlu Xəzər Abıyev yanaraq ölüb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınının və canlı qüvvəsinin səyləri ilə güclü alovun digər otaqlara keçməsinin qarşısını alınıb. Lakin evin 20 kv.metrlik sahəsi içindəki əşyalarla birlikdə yanaraq yarasız vəziyyətə düşüb.

İlkin ehtimala görə, yanğın otaqdakı odun sobasından düşən alovdan başlayıb.

Faktla bağlı araşdırma aparılır.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır