!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda Gənc Qan Donorlarının Qış Məktəbi keçirildi

!Reklam – Yazi

bf758836-cd36-4465-83d8-4d5c29c06394Respublikada gənclər arasında qan donorluğunun aşılanması eyni zamanda inkişafına dəstək məqsədi ilə “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə AR Cəlilabad Rayonu İcra Hakimiyyətinin, Mərkəzi Qan Bankının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə 19-21 fevral 2016-cı il tarixlərində “Gənc Qan Donorlarının qış məktəbi – Cəlilabad 2016” layihəsi keçirilmişdir.

Layihənin açılış mərasimi Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində təşkilatçıların və layihə iştirakçılarının eyni zamanda rayon ictimaiyyəti, ölkədə fəaliyyət göstərən səhiyyəyə yönümlü QHT nümayəndələrinin iştirakı ilə baş tutmuşdur. Açılış mərasimində iştirak edən Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Dövlətov, rayonun icra başçısı Əziz Əzizovun salamlarını çatdırdı və uğurlar arzulayaraq Cəlilabadın hər zaman cəmiyyətimizə faydalı olan və gənclərin inkişafına dəstək olacaq layihələrə ev sahibliyi etməsinə hazır olduğunu bildirdi.
Daha sonra layihə rəhbəri Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov layihənin mahiyyəti haqqında geniş məlumat verdi və təşkilatçılar adından Cəlilabad Rayonu İcra Hakimiyyəti başçısı Əziz Əzizova respublikada qan donorluğunun inkişafına göstərdiyi dəstəyə görə təşəkkürnamə təqdim olundu.

Layihədə iştirak edən Mərkəzi Qan Bankının baş həkiminin müavini Namirə Abbasova ölkədə qan donorluğunun vəziyyəti və bu istiqamətdə aparılan işlərdən danışdı.

Layihənin təşkilatçılarından olan Azərbaycan Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsulov talassemiya xəstəliyi haqqında təqdimat edərək qonaqları və layihə iştirakçılarını məlumatlandırdı və ölkədə korporativ donorluğun inkişafı istiqamətində federasiyanın prioritet fəaliyyəti haqda danışdı

Layihənin rəsmi bağlanışından sonra layihə iştirakçıları 3 gün müddətində Cəlilabad rayon İdman kompleksində yaşayış yerləri ilə təmin olundu. Layihə müddətində gənclərin sağlam həyat tərzi mövzusunda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təlimçi ekspertləri Şəhla Mirzəzadə və Tofiq Musayev tərəfindən təlimlər təşkil olundu. Qarşılıqlı diskussiyalarla davam edən təlimlər zamanı donorlara qrup işləri tapşırılaraq onların ölkədə qan donorluğunun inkişafı istiqamətində görmək istədikləri təkliflər dinlənildi.

Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim olunaraq xatirə fotosu çəkildi.

Layihənin informasiya dəstəkçisi “Xan Qızı” klubu və E-News.az İnformasiya Agentliyidir

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv