images (1)Azərbaycanın Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Hadisə ötən gecə saat 02.30 radələrində Cəlilabad şəhərində qeydə alınıb.

Cəlilabad şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Həzəxan oğlu Abıyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Təranə Saməddin qızı Abbasovaya bıçaqla çoxsaylı xəsarət yetirib.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Qətli törətmiş Anar Abıyev polis tərəfindən saxlanıb.

Qeyd edək ki, bir neçə il öncə ailə həyatı qurmuş cütlüyün iki övladı var.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır(APA).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 9
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."