!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda kütləvi dava: iki nəfər döyülərək bıçaqlandı

!Reklam – Yazi

119769_res_01Cəlilabadda iki nəfər bir qrup şəxs tərəfindən döyülərək bıçaqlanıb.

Hadisə rayonun Göytəpə qəsəbəsindəki yanacaqdoldurma məntəqələrindən birində baş verib.

Rayonun Kazımabad kənd sakinləri – 29 yaşlı Namiq Malik oğlu Cabbarov və həmkəndlisi, 25 yaşlı Ramal Zakir oğlu Ağayev ehtiyat yanacaq götürmək üçün avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olublar. Bu zaman yaxınlıqda olan şəxslər heç nə soruşmadan Ramal Ağayevi yanlarına çağıraraq ona daş və küt alətlərlə zərbə endirməyə başlayıblar.

Döyülərək bıçaqlanan şəxslərin sözlərinə görə, onlara 10 nəfərə yaxın şəxs hücüm edib. Ona görə də zərərçəkənlər özlərini müdafiə edə bilməyiblər. Bıçaqlanan gənclər onlara hücüm edən şəxsləri taınımadıqlarını və onlarla heç bir mübahisəli məsələlərinin olmadığını bildiriblər.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və hazırda onların vəziyyəti orta-ağır olaraq qalır.

Hadisəni törədən şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində istintaq araşdırmaları davam etdirilir(report).

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv