!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda quşların tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

siaphoto_522376Bir sıra kütləvi informasiya vasitələrində (KİV) Cəlilabad rayonunun Adnalı kəndində ev quşları arasında yoluxucu xəstəliyin yayılması, hətta, bəzi təsərrüfatlarda quşların kütləvi şəkildə tələf olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və Cəlilabad rayon Baytarlıq İdarəsinin əməkdaşları adı çəkilən kənddə və Cəlilabad rayonunda araşdırma aparmışlar. Araşdırma zamanı Adnalı kəndində bir həyətdə bir neçə baş ev quşunun tələf olması müəyyən edilmişdir.

Quşlardan nümunələr götürülərək laboratoriyada müayinə edilmişdir. Müayinə zamanı quşların askaridoz (qurd) xəstəliyindən tələf olması aşkar olunmuşdur.
Tələf olmuş quşlar xəstəliyin təlimatına uyğun olaraq zərərsizləşdirilmiş və dezinfeksiya işləri aparılmışdır.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirlərı aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Dövlət Baytarlıq Nəzarəti Xidməti KİV nümayəndələrindən xahiş edir ki, dəqiqləşdirmədən, aparılan müayinə və araşdırmaların nəticələrinə istinad etmədən ölkədə heyvanlar arasında hər hansı iti yoluxucu xəstəliyin olması barədə məlumatlar yaymaqdan çəkinsinlər. Həqiqəti əks etdirməyən məlumatların yayımlanması həm ölkə əhalisi arasında yersiz narahatçılığa səbəb ola, həm də ölkəmizin beynəlxalq səviyyədə imicinə mənfi təsir edə bilər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələf olma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

 

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv