!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəlilabadda yaşayaş binası çöküb – Fotolar

!Reklam – Yazi

d2057de2589c4a5beb1a35b1101f25baHadisə rayonun Göytəpə şəhərinin Sahil küçəsində qeydə alınıb.

Belə ki, həmin ərazidə yerləşən ikimərtəbəli, 16 mənzilli yaşayış binasının dayaqlarından biri uçduğundan bina çöküb. Nəticədə yaşayış binası qəzalı vəziyyətə düşüb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Hadisə yerinə dərhal aidiyyəti qurumların nümayəndələri cəlb edilib. Mütəxəssislər binaya baxış keçirərək onun yaşayış üçün təhlükəli olduğunu müəyyənləşdiriblər.

Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının müdaxiləsi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Təxliyyə edilən ailələr rayondakı peşə liseyinin həyətində quraşdırılmış müvəqqəti çadırlarda yerləşdirilib. Yaxın günlərdə isə həmin ailələrin liseyin yataqxanasına köçürülməsi nəzərdə tutulub. Bununla bağlı rayon fövqəladə hallar komissiyası tərəfindən lazımi tədbirlər həyata keçirilir.

Qeyd edək ki, qəzalı vəziyyətə düşən yaşayış binası ötən əsrin əvvəllərində inşa olunub və uzun müddətdən bəri təmir edilməyib(APA)

www.yenicag.az

771
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv