!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Çelsi”nin futbolçusu qəzaya düşdü - “Qarabağ”a qol vurmuşdu - FOTOLAR

!Reklam – Yazi

İngiltərənin “Çelsi” klubunun ulduz futbolçusu Tyemue Bakayoko bu gün avtomobil qəzasına düşüb.

Yenicag.az xəbər verir ki, o, komandasının məşqindən sonra evə qayıdarkən qəza törədib. Britaniya mətbuatı onun avtomobilinin ciddi əzildiyini yazsa da, futbolçunun qəzadan ucuz qurtulduğunu qeyd edib. Belə ki, o, yaxın günlərdə yenidən məşqlərə qatıla biləcək. Bakayokonun həftə sonunda “Stok Siti” ilə oyunda iştirakında da problem olmayacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Çelsi” Bakayokonu bu yay Fransa çempionu “Monanko”dan transfer edib. Sözügedən oyunçu Ağdam klubuna qalib gəldikləri oyunda (6:0) komandasının 4-cü qoluna imza atmışdı.

www.yenicag.az

5601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv