www.sinerjipro.net

SinerjiProWide
Reklam

Dövlət Gömrük Komitəsi(DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Yenicag.az xəbər DGK-ya istinadən xəbər verir ki, Bakı-Tehran aviareysi ilə getmək istəyən İran vətəndaşı gömrük nəzarətindən “yaşıl dəhliz” buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl yükündə olan və əvvəlcədən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı gömrük orqanına təqdim etməyib.

Vətəndaşın hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Yoxlama zamanı, vətəndaşın çemodanının icərisində, əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 950 ədəd – hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 95 000 dollar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3906
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."