!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

!Reklam – Yazi

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.

Yeniçağ.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.
Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş stadionlar aşağıda adları qeyd olunanlardır:

UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano

UEFA Avropa Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya – Estadio Ramon Sanchez Pizjuan
Türkiyə – İstanbul – Beşiktaş Arena

UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.

Yenicag.az

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv