www.sinerjipro.net

SinerjiProWide
Reklam

41192_158047887545774_4993576_n

Ana torpaq…

Ana vətən…

Ana müqəddəsdir…

Cənnət anaların ayaqları altındadır…

Minilliklərin dəyişməyən kəlamlarıdır, bunlar…

Çünki ananın yerini həyatda kimsə doldura bilməz…

Çünki ana uşağı nə qədər döysə belə, ananın vurduğu sillənin acısını kimsə dindirə bilməz, ondan başqa…

Çünki insan üçün ən hüzurlu yer ana qucağıdır…

Həm də ona görə ki, bir insan bu fani dünyadan köç edəndə kimsə ana qədər yanmaz…

Əlbəttə, hər kəs yanar, hər kəs əzab çəkər itirdiyi insana görə…

Hər kəs üzülür…

Kimisi ağlar, üzüntüsünü, acısını bəyan edər, kimisi də biçareyi-fəqir kimi hər zaman yasını içində tutar, ağlar, ağlar, göz yaşını içinə axıdar…

Çünki hər kəs gedənin bir daha gəlməyəcəyini bilir…

Şair Yahya Kamal Bayatlı necə demişdi:

Artık demir almak günü gelmişse zamandan,

Meçhule giden bir gemi kalkar bu limandan.

Hiç yolcusu yokmuş gibi sessizce alır yol;

Sallanmaz o kalkışta ne mendil ne de bir kol.

Rıhtımda kalanlar bu seyahatten elemli,

Günlerce siyah ufka bakar gözleri nemli…

 

O siyah üfüqdən bir cüt göz heç zaman ayrılmaz…

Ümidini itirməz və hər zaman geri dönəcəkmiş kimi gözlər…

O ananın gözləridir…

Övladına qovuşana qədər o üfüqdən gözlərini ayırmaz…

Çünki insanı yoxdan var edənin təkrar onları qovuşduracağını ondan yaxşı heç kim bilə bilməz…

***

Şahinlə yolçuluğa çıxarkən, anasından narahatdı…

“Məmə xəstədir” deyirdi…

Mənsurə xala üçün nə edə biləcəyini düşünürdü…

O narahatçılıqla Tanrı dərgahına uçdu, qardaşım…

***

Bu il heç sevmədiyim oktyabr ayında itkilərimizin sırasına Mənsurə xala da qoşuldu…

Nədən sevmədiyim?

Nədənsə oktyabr ayında illər boyu bir sevincimiz olubsa, beş itkimiz olub da ondan…

Allahın təqdiridir, doğru…

Amma  oktyabr ayı girəndən çıxana qədər səksəkədəyəm…

5 yaşında oktyabr ayında atanı itirərsənsə, necə bu ayı sevəsən?

“Ana” dediyin nənəni yenə bu ayda itirərsənsə, necə bu ayı sevəsən?

İnsanların bir-birini anlamaları üçün ruhların anlaşması lazım…

“Ruh qardaşım” deyə bağrına basdığın, yoxluğu ilə barışmadığın qardaşını bu ayda itirərsənsə, bu ayı nədən sevəsən ki…

***

Əziz qardaş, gözlər ağlar, qəlblər sızlarkən tək təsəllimiz gedərkən narahat olduğun anana qovuşmandır…

Cənnət mələyin artıq hər zaman yanındadır…

Mənsurə xalanın heç dinməyən və günü gündən alovlanan “Şahin” həsrəti yenə də bir oktyabr günündə bitdi…

Sən də artıq ana qucağındasan…

Artıq cənnətin yollarında bərabər yürüyürsünüz…

İnşallah bir gün, bəlkə başqa bir oktyabrda bizlər də gələcəyik…

Ancaq indi sənin üçün mühüm olan anana qovuşmağındır, qardaş…

Ana həsrətin bitdi, qardaşım…

Ananın da sənə qovuşmaq üçün etdiyi dualar qəbul oldu…

Məkanınız cənnət olsun…

Aqil ƏLƏSGƏR

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 56
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."