www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün yazıçı-publisist Kəbutər Haqverdinin yeni kitabının təqdimat mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyədə yaşayan həmyerlimiz əsərinin ilk kitabı ilə mövzu etibarilə yaxın olduğunu və kitabların bir-birini tamamladığını söyləyib. Yazıçı bildirib ki, yaradıcılığa başladığı ilk illərdən Azərbaycan qadınının taleyi diqqət mərkəzində saxlayıb:

“1990-cı illərin əvvəllərində Türkiyədə Azərbaycan qadınına münasibət olduqca pis idi. Çünki sərhədlərin açıldığı ilk vaxtlarda bizim qadınlarımız onlara yüngül həyat tərzi keçirən insanlar kimi təqdim olunmuşdu. Türkiyəyə köçdüyüm vaxt məhz bu fikri dəyişdirməyi qarşıma məqsəd qoydum. Yayın evində çalışmağa başladım və əsirlikdə olmuş Azərbaycan qadınlarının başına gələnləri qələmə aldım. Roman formasında yazılan əsər böyük maraqla qarşılandı”.

Təqdimat mərasiminə ədəbi mühitin nümayəndələri ilə yanaşı millət vəkili Hikmət Babaoğlu da qatılıb. Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu Kəbutərin yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirib. Deputatın sözlərinə görə, yazıçı həm öz ölkəmizdə, həm qardaş ölkədə əsl vətənpərvərlik nümayiş etdirir.

Daha sonra isə müəllifin həmkarları kitab haqqındakı fikirlərini səsləndirdilər.

Qeyd edək ki, sosial-ictimai sahədə daim aktivliyi ilə seçilən yazıçı indidən oxuculara üçüncü kitabının müjdəsini verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 985
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."