!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cənub zonasındakı selin yaratdığı fəsadlarla bağlı – Rəsmi açıqlama

!Reklam – Yazi

sel5Son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törətmişdir. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunmuş, Cəlilabad rayonunda Əməliyyat qərargahı yaradılmış, rəhbər heyət bölgəyə ezam edilmişdir. Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyyə edilmişdir.

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılmışdır. Hazırda suyun səviyyəsi aşağı düşmüş, yağıntının miqdarı azalmış və təhlükə qalmamışdır.

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti

www.yenicag.az

660
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv