!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cərimənizi ödəyin, yoxsa... - Sürücülərə xəbərdarlıq

!Reklam – Yazi

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi cərimələrin ödənilməsi ilə bağlı sürücülərə və piyadalara xəbərdalıq edir.

İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, sürücülər törədilən xəta ilə bağlı təyin edilmiş cəriməni faizi ilə birgə müəyyən edilmiş müddətdə mütləq ödəməlidirlər:

“Bir daha sürücülərə müraciət edirik ki, əgər cərimələri varsa, ödəsinlər. Ödənilmirsə, həmin sürücülər qanunvericiliyə uyğun olaraq saxlanılacaq və avtomobilləri cərimə meydançasına aparılacaq. Eyni zamanda, sürücünün altı ay müddətində sürücülük hüququndan məhrum edilməsi ilə bağlı yol polisi tərəfindən vəsatət qaldırılacaq. Ötən gündən artıq reydlərə başlanılıb və cəriməni ödəməyən 100-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq cərimə meydançasına aparılıb. Yəni, qanunvericilik bizə imkan verir ki, bu addımı ataq”.

V.Əsədov həmçinin qeyd edib ki, piyadalar tərəfindən də cərimələrin ödənilməsinə nəzarət gücləndirilib və müəyyən təsirli tədbirlər həyata keçirilir:

“Yazılmış protokollar üzrə ünvanlara müraciətlər edilib, ərazi üzrə sahə rəisləri bu barədə məlumatlandırılıb. Eyni zamanda, protokol yazılmış şəxslərin təhsil aldığı və yaxud işlədiyi müəssisələr qarşısında cərimələrin tutulması ilə bağlı məsələ qaldırılıb”.

Yenicag.az

www.yenicag.az

875
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv