yenicag.az
yenicag.az

Cəsədi tapılan neftçinin xanımı: “O, ölməyib, sağdır…”

Cəsədi tapılan neftçinin xanımı: “O, ölməyib, sağdır…”

Müəllif: Redaktor

Editor

neftci 2 fevral] (3)“Dənizdə tapılan meyit tanınmaz halda idi. Sahibin bədənində Qarabağ döyüşləri zamanı dəyən güllənin izi var idi. Güllə izindən Sahibi tanımaq olardı. Amma cəsəd tanınmaz vəziyyətdə olduğundan onun Sahib olduğuna əmin deyilik”.

Bunu açıqlamasında “Günəşli” faciəsində itkin düşən neftçi Sahib Şahmarovun həyat yoldaşı Könül Şahmarova deyib. O, Türkmənistan sahilində cəsədi tapılan neftçinin həyat yoldaşı olmadığını bildirib.

“Sahibin qızıl dişləri var idi. Amma tapılan cəsədin ağzında qızıl diş yoxdur. Oğlumun ağız suyundan, qanından DNK analizi götürüblər. Analizin nəticəsi bəlli olandan sonra meyitin şəxsiyyətini tanımaq mümkün olacaq. Hələ ki, bizə heç bir məlumat verilmir. Tapılan meyitin ayaqları yoxdur. Qardaşım da onun Sahib olmadığını deyir. Həmin insan kimdirsə, saçları qara rəngdədir, həm də çox gurdur. Amma mənim yoldaşımın saçları ağ və çox qısa idi. Sahib həmişə işə getməzdən öncə saçlarını kəsdirərdi”.

İtkin düşən neftçinin həyat yoldaşı maddi vəziyyətlərinin çox ağır olduğunu bildirib: “Bizə verilən pulla iki uşağı necə saxlamaq olar? Evimizdə kondisioner yoxdur. Soyuqdan donuruq. Rövnəq müəllim bizimlə maraqlanmır. O, bizə baş çəksəydi, ona dərdimizi başa salardıq. Dövlət başçısı sağ olsun ki, bizə yardım elədi”.

Həyat yoldaşı Sahib Şahmarovun ölmədiyini, onun hələ də sağ qaldığını söyləyib: “Hiss edirəm ki, Sahib sağdır, ona heç nə olmayıb. Üstündən xeyli vaxt keçsə də biz ümidimizi itirməmişik. Allahdan ümid kəsilməz. Sahibin sağ-salamat evə qayıdacağı günü gözləyirik. O, çox çətin günlər yaşayıb. 1990-1995-ci illərdə Füzulidə, Laçında, Ağdamda, Xankəndində könüllü döyüşüb, can qoyub. Döyüşlərin birində güllə yarası alıb. Ayağını dəlib keçən qəlpə dizində böyük deşik əmələ gətirmişdi.

Bizim 11 yaşlı Məhəmməd adlı oğlumuz və 10 yaşlı Məsumə adlı qızımız var. Onlar hər gün atalarının şəkillərinə baxıb, ağlayırlar.
Sahibin yoxluğu mənim üçün dözülməzdir. Uşaqların hər gün atalarını soruşurlar. Onlar atalarının işdən nə vaxt qayıdacağını soruşanda, ölürəm, ürəyim parçalanır. Cavab verə bilmirəm. Kimin cəsarəti çatıb, uşaqlara deyə bilər ki, atanız yoxdur, bir daha gəlməyəcək, ondan ümidinizi üzün. Hansı qadın istəyər ki, 32 yaşında həyat yoldaşını itirsin. Artıq gücüm qalmayıb.

Keçən ayın 6-da uşaqların ad günü idi. Demişdim ki, atanız ad gününüzə gələcək. Tort bişirdim, süfrə qurdum ki, uşaqların könlü şad olsun. Uşaqlar məndən soruşdu ki, atamız ad günümüzə niyə gəlmədi?”.

Qeyd edək ki, “Günəşli” faciəsi zamanı itkin düşən neftçilərdən birinin cəsədi bir neçə gün öncə Xəzərin Türkmənistan sahilində tapılıb. Onun Qarabağ döyüşçüsü Sahib Güloğlan oğlu Şahmarov olduğu iddia edilir.(Azvision)

Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti