Cəsur döyüşçü Nazim Abdullayevin anım məraismi keçirildi

Müəllif: Baş Redaktor

Baş Redaktor

13077305_10206433248334235_1030408528_nCəsur döyüşçü Nazim Abdullayevin anım məraismi keçirilib II Fəxri xiyabanda dəfn olunan kəşfiyyatçı, cəsur döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Nazim Xanlar oğlu Abdullayevin anım məraismi keçirilib.

Döyüşçünün məzarını ziyarət edənlər onun keşməkeşli və şərəfli həyat yolundan, vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətdən söz açıblar. Qeyd edilib ki, Nazim Abdullayev 1967-ci ildə Laçın şəhərində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib. 1992-ci ildə təhsil aldığı Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq ordu sıralarına, daha sonra Laçın rayon polis batalyonuna daxil olub. Ermənilərin torpaqlarımıza göz dikdiyi andan silaha sarılaraq vətənimizin müdafiəsinə qalxıb. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub.

Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə Nazim Abdullayev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 1994-cü il aprelin 21-də Füzuli rayonu ərazisində yerləşən Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə şücaət göstərərək dostlarının mühasirədən çıxması üçün öz canını fəda edib, qəhrəmancasına həlak olub.

Tədbirdə çıxış edən millət vəkili Mahir Abbaszadə Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalan Nazim Abdullayevin timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirib. Deputat şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunduğunu deyib. Eləcə də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğulayıb. Sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Asalanov bildirib ki, Qarabağ savaşında düşmənə qarşı mərdliklə vuruşan, canını fəda edən Nazim Abdullayev kimi qəhrəmanların səyi nəticəsində bu gün Azərbaycan öz müstəqilliyini qoruyub saxılayır. Milli Ordunun hələ tam formalaşmadığı bir dövrdə özünümüdafiə dəstələrinə könüllü qoşulan bu mübariz oğullar canlarını belə Vətən uğrunda əsirgəmədən erməni işğalçılarına qarşı mərdliklə vuruşaraq şəhidlik zirvəsinə ucalıblar.

Tədbir Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin və Karabakhmedia.az saytının təşkilati dəstəyi ilə keçirilib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır