!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çevriliş baş tutsa, FETÖ-nun “MİT rəhbəri” bu adam olacaqdı

!Reklam – Yazi

15673178_1312882832125789_1648015640_nTürkiyə Böyük Millət Məclisinin (TBMM) 15 iyul çevrilişinə uğursuz cəhdi araşdıran komissiyasının Manisada apardığı təhqiqat zamanı yeni detallar üzə çıxıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, TBMM-in sözügedən komissiyasının araşdırması nəticəsində FETÖ terror şəbəkəsinin təşkil etdiyi 15 iyul çevriliş cəhdinin baş tutacağı təqdirdə Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) başına gətiriləcək şəxs müəyyənləşib.

Məlumata görə, komissiyaya ifadə verən Hərbi Aerodromlar Əməliyyat-Təlim bazasının komandanı, polkovnik-leytenant Fethi Şahbaz ilginc detalları açıqlayıb:

“Yanacaq ala bilməmələri üçün əsgərlərimizlə çox çalışdıq. Aparat və cihazları sıradan çıxartdıq, qapıları bağladıq. Hətta çevrilişə qalxanlardan birinin yeni övladı dünyaya gəlmişdi. Onu övladının xatirinə bu səhvdən çəkindirmək istəsək də, bizi dinləmədi.Çevrilişdə iştirak edən hərbçilərin əksəriyyətini tanıyırıq, onlarla uzun müddət birlikdə işləmişik. Ancaq onlar özlərini maskalamağı ustalıqla bacarmışdılar. Namaz qılmırdılar, spirtli içkilər içirdilər. Elə maskalanmışdılar ki, ailələrinin də onların hara bağlı olmalarından xəbərləri yox idi. Onların FETÖ – “Paralel dövlət” mənsubları olduqlarını çevriliş cəhdindən üç-dörd gün sonra bildim.

Onu da öyrəndim ki, çevriliş baş tutsaydı, general-mayor Gökhan Şahin Sönmezateş MİT-in rəhbəri vəzifəsinə gətiriləcəkdi. Cihazları sıradan çıxartdığımız üçün paqonsuz komufulyajda otağa gələrək, oradan əmrlər verirdi. Bu adamların necə belə ustalıqla maskalandıqlarını hələ də anlaya bilmirəm”.

Araz Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

462
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv