Çexiyada sərnişin təyyarəsi təcili eniş etdi

Müəllif: Redaktor

Editor

plane_050716Çexiyanın paytaxtı Praqada Qran Kanariyadan Varşavaya uçan “Boeing 737” təyyarəsi partlayış təhlükəsi ilə əlaqədar təcili eniş edib.

Yeniçağ.Az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təyyarədə partlayış törətmək istəyən şəxs zərərsizləşdirilib.

Məlumata görə, təyyarənin göyərtəsində olan 160 sərnişin təxliyə edilib.

Hazırda təyyarə yoxlanılır. Polis faktla bağlı araşdırma aparır.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır