Çexiyalı alimlər Bakı Slavyan Universitetində

Çexiyalı alimlər Bakı Slavyan Universitetində

Müəllif: Redaktor

Editor

90_1374260220Oktyabrın 13-də Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev Çexiya Respublikasının Brno şəhərində yerləşən Mendel Kənd Təsərrüfatı və Meşə Sənayesi Universitetinin nümayəndə heyətini qəbul edib. A. Hacıyev qonaqlarla söhbət zamanı rəhbərlik etdiyi ali təhsil ocağının yaranma tarixi, tədris prosesi, burada 2010-cu ildən etibarən fəaliyyət göstərən Çex dili və mədəniyyəti Mərkəzi, bu dilin tədrisi, eyni zamanda BSU-nun Şərqi Avropa, Slavyan ölkələri ilə sıx əməkdaşlığı barədə məlumat verib. Rektor BSU nəzdində fəaliyyət göstərən Məktəb-Lisey Kompleksi, universitetin elmi işləri, dərc olunan jurnallar və tərcümə sahəsindəki uğurlarından da söz açıb. Bildirilib ki, bir çox xarici universitetlərdə Azərbaycançünaslığın və multikulturalizmin təbliğinə və tədrisinə xüsusi diqqət ayrılıb. Mendel Universitetinin Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsinin dekanı, professor Libor Qreqa fəaliyyət göstərdiyi universitetin təhsil sahəsindəki uğurlarından danışıb. BSU-da Çex dili və mədəniyyətinə göstərilən diqqətdən, slavistika istiqamətində kadr hazırlığı və bu sahədə elmi araşdırmaların yüksək səviyyədə inkişafından razılığını dilə gətirib. Qonaq təmsil etdiyi universitetin rektoru adından bildirib ki, Bakı Slavyan Universiteti ilə gələcəkdə əməkdaşlıq qurmaqda maraqlıdırlar. Görüş çərçivəsində Çexiyada Azərbaycan dili və mədəniyyətinin tədrisi, əməkdaşlığın gələcək perspektivləri, habelə hər iki universitet arasında professor-müəllim və tələbə mübadiləsi barədə müzakirələr aparılıb. Sonda qonaqlar Bakı Slavyan Universitetinin Çex dili və mədəniyyəti Mərkəzi ilə tanış olublar.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti