!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ceyhun ABDULOV: Depressiyaya niyə düşürük?

!Reklam – Yazi

 

12607097_10153572102678645_1643049766_nMüasir cəmiyyətimizdə depressiya haqqında eşitməyən yəqin ki, çox az adam var. Ancaq onun nə olduğunu tam təfsilatı ilə yalnız həyatında yaşayanlar bizə aydın və müfəssəl izah edə bilərlər. Yaranma tarixi çox qədim zamana aid olsada (o zamanlar melanxoliya kimi tanınırdı) son dövrlərdə bütün media orqanlarını cənginə almış-suisid (yəni öz həyatına qəsd) danışdığımız qorxunc düşmənin həyatımıza verdiyi ”tövhədir”. Depressiyanı qısa izah etsək – əhvalın enməsi və ya onun olmamasıdır. Hər birimizin həyatımız boyu irili xırdalı müxtəlif problemlər yaşayırıq. Buna görə kədərlənir, çıxılmaz və çarəsiz vəziyyətə düsürük. Depressiyanın yaranma səbəbləri müxtəlifdir. Keçirilmiş güclü stress nəticəsində yaranan depressiya,  genetik yolla ötürülən, xəstəliklərin fəsadı olaraq yaranan depressiya.

Depressiyanın yaranmasının ən çox yayılmış forması insanın həyatında baş verən müxtəlif bədbəxt hadisələrdir ki, onlarda zaman-zaman beynimizdə  fəsadlarını göstərir. Bu hadisələr müxtəlif ola bilər: yaxınlarımızın itirilməsi, sevgidə uğursuzluq, maddi sıxıntılar, alkoqolizm və s. Bu kimi hadisələr bizdə güclü emosiyalar yaradır ki, bu da beyinə ötürülən informasiyanın həddən çoxluğu ilə müşayiət olunur. Beyinin informasiya ilə yüklənməsi onun  “partlaması”  və ya sıradan cıxması kimi fəsadlara yol aça bilər. Bu zaman qoruyucu mexanizm işə düşür. Bədbəxt hadisə nəticəsində yaxınını itirmiş insan bir anlıq “donur”,  heç bir şey dərk etmir, hətta bəzən yaxınlarının dəfnində iştirak etsə də onu xatırlaya bilmir. Bu donuqluq və hər şeyin avtomatik-özünü xatırlamadan etdiyi hərəkətlər onun qoruyucu mexanizminin işə düşməsidir. Bu qoruyucu mexanizm haqqında danışdığımız depressiyadır. İlk vaxt o bizim köməyimizə gəlir, ancaq sonradan vaxtında edilməyən tibbi və ya psixaloji müdaxilənin olmamasından bizi kədər ümmanında boğmağa başlayır. Bu da beynimizin dominant prinsipi ilə işləməsindən irəli gəlir (Zərər çəkən hissə zamanla digərlərini də özünə tabe etdirir və nəticədə bütün beyin hissələri onun diktəsi ilə informasiyanı qəbul edir). Həyatlarında müxtəlif növ ağır xəstəliklər keçirmiş insanlar, daima həyacan və stresdə olduqları üçün onlarda depressiyaya tutulma şansları çox yüksəkdir. Hamiləlik dövründə keçirdikləri həyacanlar sonradan analarda depressiya yaranma riskini artırır. Birdə görürsən insan heç bir güclü stress halı və ya ağır xəstəlik keçirmir, ancaq müxtəlif dövrlərdə depressiyalardan əziyyət çəkir. Bunlar genetik yolla keçən depressiyalardır ki, ağır fəsadlarla müşahidə olunur. (Bu zaman o insanlara ən yaxşı köməyi öz yaxınları verə bilər. Bu şəxslərin əhvalının birdən birə dəyişdiyini sezdikdə dərhal psixoloji xidmət göstərən müəssisələrə müraciət etmək lazımdır).

Ağırlıq dərəcəsinə görə də depressiyalar bir neçə kateqoriyalara bölünür: yüngül, orta və ağır. Yüngül kateqoriyalı depressiyadan əziyyət çəkən insanları dərhal tanımaq olmur. Onlar demək olar ki, gündəlik iş fəaliyyətindədirlər, lakin əsasən axşamlar işləri bitdikdən sonra, tənha qaldıqda onlarda bu psixaloji sarsıntılar biruzə verməyə başlayır. Televiziyada maraqlı kino və ya verliş tapa bilmirlər, geyimlərinə bir o qədər önəm vermirlər, qadınlar kosmetikadan istifadə etmir, bəzənib-düzənmir, ən çoxu evdən çölə çıxanda bəzənirlər (bu da vərdişdən irəli gəlir, gözəl görsənmək və heyran etmək üçün yox). Orta kateqoriyalı depressiyadan əziyyət çəkən insanlar  gündüz və axşamlar daha çox öz kabusları ilə qarşılaşırlar. Onlarda ümidsizlik, çarəsizlik, çıxılmaz vəziyyətlərdən şikayətlənir, alkaqola və narkotik vasitələrə meyillilik artır, həyatları ilə vidalaşmaq istəklərini tez-tez dilə gətirirlər. Sui-qəsddə müasir dövrdə meyillilik göz önündədir. Həkim müdaxiləsi vacibdir. Ağır kateqoriyali depressiyadan əziyyət çəkənlər adətən genetik fonla onlara keçən depressiyalardır. Buradan insanların danışığından tutmuş üz cizgilərinə kimi hər şey onların halından xəbər verir. Bu insanlar nəinki hər hansı hadisəyə müsbət münasibət bildirmir, hətta hansısa səbəbdən sevinən insanlara təəcüblə baxır, onların duyduqları sevinci heç cürə dərk etmirlər. Əvvəllər zövq aldıqları hər şey onlarda müsbət emosiyalar oyatmır. Onların başları daima aşağı əyilmiş vəziyyətdə, alınları qırışmış, dodaqlarının kənarı aşağı sallanmış olur. Bu kateqoriya depresiyadan əziyyət çəkənlərə dərhal tibbi və psixaloji yardım göstərilməsə həyatlarını özünə qəsdlə başa vururlar. Depressiyanın nə olduğunu, onun yaranma səbəbini və ağırlıq kateqoriyalarını bildikdən sonra ona qarşı mübarizə və müalicənin vacibliyini qeyd etməyə lüzum qalmır. Həyatımızda baş verənləri qəbul edib yaşamağa davam etməliyik. Müasir dövrdə  elmin, tibbin inkişafı insanlara həyatlarını daha sağlam və xoşbəxt qurmağa şərait yaradıb. Depressiyadan xilas olmağın ən vacib yolu bizim normal psixi halımızın olmasıdır. Bunun üçünsə bir neçə aldadıcı fəndlərdən istifadə etmək olar. Əgər biz bu cür hal keçiririksə demək beynimizdəki mənfi fikirlər birmənalı olaraq bilməliyik ki, düşdüyümüz depressiya halından irəli gəlir. Hər bir hadisə özü- özlüyündə neytral xarakter daşıyır. Onun müsbət və ya mənfi cəhətdən qiymətləndirmək bizə düşür. Əsas olan həyatımızda olanların müsbət qiymətləndirilməsidir. Evimiz, ailəmiz, pis-yaxsı işimiz, ünsiyyət qura biləcəyimiz dostlarımız, yoldaşlarımız varsa buna sevinməliyik. Özümüzdən ən yaxşı olmağımızı tələb etməməliyik, nə var onunla kifayətlənməliyik. Məsələn işdə hamıdan yaxşı olmalıyam, təhsilimizdə ən yaxşı oxumalıyam, maşının ən yaxşısını sürməliyəm və s. bu kimi arzuların bir kənara qoysaq, sadəcə işimizlə məşğul olsaq həqiqətəndə psixi sakitlik əldə etmiş olarıq. Uğurlarımız isə bizi çox gözlətməyəcək. Əgər yaxınımızı itirmişiksə ona görə həyatımızı sonlandırmamalıyıq, çünki onun yerinə özünüzü qoysanız gorərsinizki yaxınlarınızın özünə bu qədər əzab verməsini qətiyyən istəməzdiniz. Yaxşısı budur qalan insanlara  sevginizi artırın, öləndən sonra deyil sağlığında insanlara məhəbbət və qayğı göstərin. Əgər depressiyanın darıxma halı gəldisə, onda fikri başqa bir yerə yönəltmək lazımdır. Məsələn idmanla məşğul olun, alış-verişə çıxın, kitab oxuyun, özünüzə hər hansı bir məşğuliyyət tapın. Əsas olan, depressiyanın təlqin etdiyi özünü acıma, yazığı gəlmə kimi fikirlərin sizə qalib gəlməməsidir. Etdiyiniz hər işdə müsbət nə isə tapın və bunu özü özlüyünüzdə beyninizə həkk edin. Gələcəklə bağlı düşüncələrinizdə məyusluğa yol verməyin, onun necə olacağını heç kəs dəqiq deyə bilməz. Bilinməyən bir işdən ötrü sizcə depressiyaya qapılmağa dəyər?!

Bəziləri depressiyadan əziyyət çəkən insan qrupunu, maddi sıxıntısı olan kasıb təbəqənin nümayəndələrinə aid edirlər. Bu kökündən yalnış fikirdir. Statistika sübut edir ki, dünyada ən çox özünə qəsd edən insanlar maddi yaşayışın ən yüksək mərtəbəsində olan Qərbi Avropa ölkələridir. Sosial rifah halının yüksək olduğu bu dövlətlər insanların  həyatlarına etdiyi qəsdlərin sayına görə “liderdir”. Ümumdünya Səhiyyə təşkilatı artıq həyacan təbili çalır. Hesablamalara görə 2020- ci ildə insanlar ürək və qan damar sistemi xəstəliklərindən (infarkt, insult və s.) sonra ikinci yerə sui-qəsdən dünyalarını dəyişəcəklər. Burada isə hər bir insanın cəmiyyət qarşısında müəyyən məsuliyyəti vardır. Hər birimiz müəyyən kollektivin üzvüyük və ətrafımızdakı, işimizdəki insanlarla bizdən çox ünsiyyətdə olan şəxs yoxdur. Bir-birimizə mənəvi dəstək durub, problemlərimizin ən azından dinlənilməsində, psixoloji rahatlıq tapmağımızda yardımçı ola bilərik. Dinlədiyimiz şəxsin ağrı və acısını götürə bilməsəkdə, problemin bizimlə paylaşmasına şərait yaratmaqla onun ağırlıq dərəcəsini azalda bilərik.

Ətrafımızda olanların xoşbəxt və sevincli olması bizim də həyatımıza müsbət təsirini göstərəcək və edəcəyimiz əməl istər insanlıq, istərsə də Yaradan qarşısında ən böyük savaba çeviriləcəkdir.

 

www.yenicag.az

871
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv