Yazı İçi 468×60

1377325_748248685192687_837704938_n_318033613Ceyhun Bayramlı: “Tarixdən başı çıxmayanlar cəmiyyətə dezinformasiya axını yönəldir”
Deyir anti-reklam da bir reklamdır. Amma tarixdən dəm vuran bəzi diletantların cavabı verilmədikcə hədlərini aşdıqları üçün bəzən bu adamlara baş qoşmaq məcburiyyətində qalırıq, neyniyək? Keçinin əcəli çatınca buynuzunu çomağa sürtər. Tariximizin üzərində it hürüşmələri artıq baş-beynimizi apardı. Məcbur qalıb tariximizi təhrif edənlərin cavabını verməli oluruq.
Mənuçöhr Covanşirin dünən kult.az saytına Babəklə bağlı verdiyi bədnam müsahibədə aşkarladığım riyakarlıq və saxtakarlıq faktlarını burda yayınlayıram, ada gecədən gördü cavabımı və bir kəlmə təkzib edəcək arqumenti də yoxdur. Tariximizə biganə olmayan soydaşlarımızın oxuması üçün təqdim edirəm.

Adamın müsahibəsində diqqəti hələ gözəyarı cəlb edən riyakarlıq faktları və səhvlər aşağıdakılardır:
1. Adam //Quranda “bütün canlıları sudan yaratdıq” deyir.// ifadəsi işlədir, amma “Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər” yazan Şah Xətaini inkar edir. Bu riyakarlıq deyilsə, nədir?
2. Babək barədə deyir ki, // Gələcək nəsillər üçün qəhrəmanlıq etməmişdir.// Bu riyakarın guya xəbəri yoxdurmu ki, Babəkin aman fərmanına verdiyi reaksiyanı, onun edam səhnəsindəki qətiyyətini, mərdliyini və inadkarlığını hətta onun düşməni olan ərəb yazarları belə təqdir edib heyrətlə yazmışlar? Var, sadəcə ona tapşırıq belədir ki, Babəkin qəhrəmanlıq salnaməsini danışa bilməz.
3. Yazıb ki, // Ancaq özünün də tarixi verilərə görə, İslama simpatiyası olmamışdır.// Adamın deyəsən xürrəmilərin ayini-cəmlərdə İlahi zikrlər etməsindən, Nizamülmülkün “Siyasətnamə”sində xürrəmilərin Muhəmmədə və Ali-Muhəmmədə salavat çevirmələrinin, onların özlərini peyğəmbər övladlarına yaxın bilmələrinin qeyd olunmasından, Fəxri Razinin “xürrəmilərin öz rəhbərlərinə Mövlanə demələri” haqda qeydlərindən, Əbühəsən Əşərinin “xürrəmilərin əhli-beyt imamlarına inanmalarını” yazmasından, Əbdülqahir əl-Bağdadinin “Əl-fərq beyn-əl-firəq”ində xürrəmiyyənin özünü İslama nisbət verən firqələr arasında qeyd olunmasından və onlarla bu cür faktlardan xəbəri yoxdur. Ya da bu kimi faktlar görəndə ona üstündən sükutla keçməy tapşırıblar nurçu-xilafətçi ağaları.
4. Yazıb: //xilafət anlayışını Quran qəbul etməzdi… Yəni xilafətin Əməvi və Abbasilər zamanında İslamla olan bağları qopmuş və dini legitimliyini itirmişdi.// Bəs Quranın qəbul etmədiyi xilafətə qarşı açıq və radikal mübarizə aparan Babək məntiqlə Quran yolçusu olur ya kafir? Adamın bu yerdə ağzından çıxanı qulağı duymur və öz “məntiqi” özünün əleyhinə çıxır.
5. Yazıb: // Bu əksəriyyətin etnik kimliyini göz önünə alarsaq, Babək türk olmamışdır.// Bir dənə konkret mənbəsi yox, fakt yox, nağıl danışır. Bir dənə mənbə məlumatı gətirə bilmir ki, filan mənbə Babəki filan millətdən sayır.
6. // Babəkin zamanında Azərbaycanda türk yox idi. Türklər Babəkin məğlubiyyətindən sonra bu ölkəyə yerləşməyə başladılar.// Riyakarlıq və yalan nümunəsi. Babəkin zamanı IX əsrin əvvəlidir. Hələ VII əsrin 70-ci illərində Əməvi xəlifəsi Müaviyə Cürhumidən soruşanda ki, “Azərbaycan deyilən yer haradır?” İbn Şəriyə əl-Cürhumi belə cavab vermişdi ki, “Azərbaycan qədimdən türklərin məskun olduğu bir yerdir”. Bunu qoyaq bir tərəfə. Adam başqa bir yerdə də türklərin Mötəsim zamanından başlanaraq İkiçayarasına yerləşməsindən dəm vururdu. Əbu Hənifə Dinurinin «Əxbar-ət-Tul» əsərində Kərbəla qisasçısı Muxtar əs-Səqəfinin üsyançı qoşununda türk dilində danışıldığı qeyd olunub, söhbət hələ 685-ci ildən gedir, Babəkdən 130 il öncə, İkiçayarasında artıq türklərin olmasından gedir. Bu türklərin hələ Sasanilərin süqutundan başlayaraq Kufədə yerləşdikləri və ərəblərin onlara Əl-həmra (Al donlular) dediklərini, və bu türklərin Hz.Əli qoşununda yer aldıqları da eyni mənbədə qeyd olunub. Bu da bir tərəfə, adam hələ də miladdan öncə VII əsrdə Azərbaycan ərazilərində mövcud olmuş İşquz dövlətindən xəbərsizdi yaxud özünü bu cür göstərir. Qazaxıstan alimləri çoxdan sübut ediblər ki, adı tarix elmində İSKİT/SKİF kimi bilinən tayfalar yad mənbələrdə İŞKUZ /İÇ OĞUZ/ kimi qeyd olunub və onların ata yurdu da Araz çayı və Urmiya gölü vadisi idi. Hardan bilsin adam bunları, özünü dil bilən göstərən bu adamın rus dilini bildiyi də yoxdur ki, gedib bir-iki ədəbiyyatı vərəqləyə, amma kiminsə dil bilib bilmədiyi barədə fikir yürüdür.
7. //Yəni Babəkin məğlubiyyətindən sonra bu ölkədə doğulan türklərin ataları türk, anaları yerli millətlərdən olublar. // Əsas odur ki, ermənisayağı durub deyəsən ki, IX əsrdə burda türk yox idi. Hər etnik qrup, həmçinin ermənilər bu cür axmaq açıqlamadan sonra durub zurna piləsin ki, baxın, bu məxluq deyir ki, burda türk olmayıb, deməli, buralar bizim olub. Elə bu yerdə də bu adamın kimlərin dəyirmanına su tökdüyü açıq-aydın gözlər önünə sərilir. Bu məxluqun hələ antropologiya deyilən elm sahəsindən xəbəri yoxdur ki, Azərbaycan ərazilərindən tapılmış ən qədim kəllələr bu günkü Azərbaycan türklərindən başqa heç bir digər etnosun kəllə göstəricilərinə uyğun gəlmir. Bədbəxt adam nə bilsin ki, arxeoloji qazıntılar var tarix elmində, üzə çıxan skeletlərin üzərində aparılan elmi-tədqiqat işləri var. Bu adamın öz müsahibəsində əl atdığı iyrənc metodlar Azərbaycan türklərinə yaxşı məlumdur. Sən Mənuçöhr İranda aşırma şalvar geyəndə quzey Azərbaycan türkləri öz tarixlərinə edilən bu sayaq sui-qəsdləri on illər boyu görüb şahidi olublar. Sən o sui-qəsdçilərdən əskik qalarsan ki, artıq olmazsan.
8. //Babəkin etnik mənsubiyyəti tam olaraq bəlli deyil, lakin o zaman bölgədə tat, talış, gilək, kürd və başqa millətlər yaşamışlar.// Bu bisavad məxluqa birisi başa salsın ki, a) tatlar güneyə yox, quzey Azərbaycanda Xəzərsahili ərazilərə Xosrovun vaxtından köçürülmüşdü və onların IX əsrdə güey Azərbaycanda gedən hərəkata zərrə qədər təsir gücü olmayıb. Və ayrıca, TAT isimli etnos yoxdur, bu söz Kaşqarinin Divani-Lüğət-it-türk əsərində oturaq türklərə köçərilərin verdiyi isim kimi qeyd olunur, hətta orada “başsız börk olmaz, tatsız türk olmaz” deyiminə rast gəlinir. b) TALIŞ isminə trixi mənbələrdə ilk dəfə XIII-XIV əsrdə rast gəlinib. Hafiz Əbrunun əsərində Əmir Çobanın 9 oğlundan birinin oğlunun adı Talış xan kimi qeyd olunub. Və elə təkcə bu fakt sübut edir ki, IX əsrdə Azərbaycanın güneyində-quzeyində TALIŞ adlı bir etnos olmayıb. c) KÜRD ismini ümumiyyətlə etnos adı kimi söyləmək özünə tarixçi deyənin savadsızlığından başqa bir şey deyil, çün hər bir tarixçi-etnoqraf gözəl bilməlidir ki, qədimdə “kürd” kəlməsi köçəri tərəkəmə elatlarını ifadə edən söz idi, KÜRD isminin millət adı kimi işlədilməsi son yüzilliklərin məhsuludur, həmin xalq isə özünə heç kürd də demir, KURMANC deyir. Zavallı müsahib hardan bilsin etnonimlərin mənşəyi barədə, evində bişməyib, qonşusundan gəlməyib. d) GİLƏK-lərin Azərbaycanda nə ölümü vardı, bu axmaq iddiada bulunan adama deyəsən ki, belə fakta danışansansa, buyur bircə dənə mənbə göstər ki, orada Azərbaycanda Giləklərin kompakt yaşadığını göstərsin IX əsrdə. Yaxşı ki, Bəlucların ya Apaçi qəbilələrinin adını çəkməyib Azərbaycanla bağlı, yoxs işimiz lap fəna olardı.
9. //Yəni Babəkin etnik mənsubiyyəti Sasani ölkəsinin xalqlarına aid olmuşdur.// )))))))) Yəqin Sasani təbəələrindən bir BƏLUC ya da bir PUŞTUN durub basa-basa güney Azərbaycana gəlibmiş və yerli dildə bülbül kimi ötərək milləti səfərbər edib 22 il xilafətin anasını ağladıbmış… Belə yerdə müsahibə verənə ağıl duası yazdırmağı məsləhət görməyib də neynəyəsən?
10. //Yəni Babək hücumçu deyil, müdafiəçi idi? – Elədir.// Babək yalnız müdafiəçi idisə, xürrəmi ordusunun 833-cü ildə İsfahanda nə işi vardı, ey tarixdən bixəbər? Xürrəmilərin Fars əyalətində minlərlə farsı qırması barədə Nizamülmülkün, Xondəmirin, Mirxondun yazdıqlarını hara gizlədəcəksən bəs onda?
11. //Xəlifə Harun Əlrəşidin anası Hayzuran xatun və xəlifə Əlmüqtədirin anası Şəğəb xatun bunlardan idi. Bunlar Göytürk prensesləri idilər.// Milləti axmaq yerinə qoymaq bu olsa gərək. İkinci Göytürk imperiyası 744-cü ildə çökmüşdü artıq və onun mərkəzini ərəblərin xilafətindən min kilometrlər ayırırdı. Göytürk şahzadə qızları hansı yolla gəlib Bağdad sarayına – xəlifə Mehdinin qucağına düşə bilərdi? Adamın adını çəkdiyi Hayzuran adlı tarixi personaj isə heç bir Göytürk prensesi-filan olmayıb. İbn Kəsirin “Əl-bidayə və-n-nihayə” adlı əsərində göstərilir ki, xəlifə Mehdinin arvadı və Harun ər-Rəşidin anası olan Hayzuran Ərəbistan yarımadasındakı müasir Bişa adlanan şəhərin yaxınlığındakı Coraş adlı məntəqədə doğulub. İngilis dilində bilgisi olan hər kəs ensiklopedik materialda verilən cümləyə diqqət yetirə bilər:
“”Al-Khayzuran bint Atta (died 789) was the wife of the Abbasid Caliph Al-Mahdi and mother of both Caliphs Al-Hadi and Harun al-Rashid, the most famous of the Abbasids. She was from Jorash, near modern Bisha, Saudi Arabia.””
Bundan daha böyük və ağ yalan isə xəlifə əl-Müqtədirin anası Şəğəb xatunun guya Göytürk prensesi olması barədə nağıldır, belə ki xəlifə əl-Müqtədir mənbələrə görə 895-ci ildə doğulub. 744-cü ildə dağılmış Göytürk imperiyasının şahzadəsi 140 sonra nə gəzirdi yer üzündə? Yalan ayaq tutar, amma yeriməz, Mənuçöhr “əfəndi”. Barı danışdığın ağ yalanlardan utan bir az, abır eylə.
12. Adam deyir: // Tolonoğulları dövlətini quran türklərin bir qismi Babəki məğlub edib, geri döndükdən sonra Misirə yollanmışdılar.// Burda da kobud səhv var. Belə ki, Tulunilər dövləti Babəkin 838-ci ildə edamından tam 30 il sonra Misirdə qurulub.
13. // Qubadın oğlu Ənuşirəvan Məzdəki öldürsə də, onun qadını Xürrəmə Rey mülkünə qaçaraq orada məzdəkiliyi xürrəmilik adı altında davam etdirmiş, təbliğatda bulunmuşdur… Misirli tarixçilər Xəlil Əlcər və Həna Əlfaxuri “İslam Dünyasında Fəlsəfənin Tarixi” adlı kitablarında yazırlar ki, Xürrəmi hərəkatı Əbumüslim Xorasaninin ölümündən sonra 754-cü ildə ortaya çıxdı.//
Məzdək Bamdəd 529-cu ildə edam olunub. Özün də deyirsən ki, Xürrəmilər hərəkatı 754-cü ildə Əbu Müslümün ölümündən sonra meydana çıxıb. Adama deyərlər ki, Məzdəkin 529-cu ildə qaçan qızı hara, 754-cü ildə xürrəmilər hərəkatının başlanması hara? Milləti axmaq yerinə qoymusan ya özünü? Sənin fikrincə, onda xürrəmilər hərəkatı 225 il mövcud olandan sonra 754-də hər yanı bürüyüb ya Məzdəkin qızı atasından sonra 225 il yaşayıb? Aç bir dənə mənbə məlumatı göstər ki, həmin 225 il ərzində (529-754) İran bölgəsində xürrəmilər adlı bir dənə qrupun adını çəksin. Ayrıca, xürrəmilərin guya bu qadının adını özlərinə götürməsi fərziyyəsinə yalnız Nizamülmülkdə rast gəlinir, bunu təsdiqləyən başqa bir qədim dövr mənbəyi yoxdur.
14. // Xürrəmi hərəkatı sosial təmayül baxımından məzdəkilərə, siyasi və dini baxımından şiəyə yaxın idi.// Yuxarıda isə iddia edirdin ki Babək və xürrəmilər müsəlman-filan deyildilər. Bəs şiəyə yaxın nə deməkdir onda? Yoxsa sən özün ifrat sünniliyi təbliğ etdiyinə görə şiəni müsəlman hesab etmirsən? Deyəsən xoruzun quyruğu bu yerdə göründü axı…
15. // Xürrəmilər deyirdilər ki, rəsulların (kitabı olan peyğəmbərlər) və nəbilərin (kitab olmayan peyğəmbərlər) təlimləri fərqli olsa da, hamısının qaynağı birdir.// Bəs deyirdin xürrəmilər müsəlman deyillər??? Müsəlman olmayanlar necə olur da İslamın üsul-id-dində 3-cü ən mühüm şərti olan Nübüvvəti qəbul edirlər? Peyğəmbərlərə inam öz-özlüyündə Tövhid inancına inanmaq deməkdir, Nəbi-Rəsul kimin elçisidir? Nəbini-Rəsulu qəbul edib, onları elçi göndərən Allahı qəbul etməmək deyə bir şey mi olur? Kitab verilən Rəsulları qəbul etmək də eyni zamanda İlahi Kitablara inanmaq kimi İslamın üsul-id-dindəki 4-cü şərtini qəbul etmək deməkdir. Müsəlman başqa nətər olur, Mənuçöhr Covanşir?
16. Deyir ki, xürrəmilər Əbu Müslümün qızı Fatiməni özlərinə imam seçmişdilər. Əvvəla, İmamət məqamı İslama və onun əhli-beyt məktəbinə aiddir. Bununla elə özün etiraf etmiş olursan ki, Xürrəmilər bal kimi müsəlman idilər. İkincisi isə, İslamda imamət məqamı ümumiyyətlə qadınlara aid deyil. İslamın dərində yatan mətləblərindən hali olsaydın, bunu bilərdin. Qadın İslamda ən yüksək məqam kimi uzaqbaşı Övliya məqamında ola bilər.
17. // Xürrəmi inancının əsasında işıq və qaranlıq durmaqdadır. Əski Sasani-məcusi qalıntılarının İslamdan sonra canlanması idi.// Ağzına gələni danışan bu adamın bir sözü digərinə daban-dabana ziddir. Bir yandan bunu deyir, o biri yandan da Məzdəkiliklə xürrəmiliyi əlaqələndirir. Məzdəkilik Məcusiliyin tamamilə əleyhinə idi. Zatən Məzdək elə atəşpərəstlik dininin hökm sürdüyü Sasani dövlətində ortaya çıxmışdı və birbaşa atəşpərəstliyə təhlükə mənbəyi idi.
18. // Sasani xəyalı ilə ərəb milliyyətçiliyi mərkəzli xilafət anlayışına qarşı Azərbaycanda Mehrdad, Babək və Mazəndəranda Maziyar və digər bölgələrdə bu kimi qiyamlar başladı.// Babək ərəb işğalına qarşı ona görə 22 il vuruşmuşdu ki, ondan əvvəlki Sasani adlı 400 illik işğalçının qoynuna sığınsın yenidən? Əcəba bu Sasanilər 400 illik işğalları dönəmində Azərbaycana qul-köləlikdən, zülm və istibdaddan, assimilyasiya və soyqırımından qeyri nə xeyir vermişdilər ki, Azərbaycan xalqı Babəkin ətrafında birləşib Sasanilər dönəminə qayıtmağı arzulasın? Sasanilər 400 il atəşpərəstliyi və fars millətçiliyini genişləndirərək Azərbaycana zülm ediblər.
BİR SÖZLƏ, verilən müsahibə açıq-aşkar mənasız söz ifrazatından və faktların kobud surətdə təhrifindən başqa bir şey deyil. Müsahibə verən məxluqun da abrı-həyası olsa, bir müsahibədə bu qədər “quş buraxmaqdansa” gedib bəxtini başqa bir sahənin başında sınasın. Azərbaycan türklərinin tarixi diletantların özünüreklam və şour yaratmaq meydanı deyil. Hələ-hələ Ağqoyunlu soyundan olduğunu deyə-deyə 600 ilin cılız Səfəvi düşmənçiliyini aparan, Şahın yolunda olan minlərlə sünni hənəfi qardaşımız varkən, özü sünni-hənəfi olduğuna görə məzhəb ayrıseçkiliyi salıb şiəliyi qaralayan bir məxluq üçün ümumiyyətlə bu məkanda yer yoxdur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."