“Ceyhun Osmanlı və Elnur Aslanovu qoruyanlar həbs olunmasa, Azərbaycanda sabitlik pozulacaq”

Müəllif: Redaktor

Editor

25

Hələ bir neçə il öncə adı gülənçilərlə birgə hallanan sabiq millət vəkili Ceyhun Osmanlı uzun zaman idi ki, gedən proseslərə münasibət bildirməyərək susurdu. Amma son günlər o və dəstəsi mətbuata yenidən tez-tez çıxmağa, dil açıb danışmağa başlayıb. Özü də bu çıxışlarında özünü sanki guya gülən çetesinə qarşı duran birisi kimi təqdim edir.

Görəsən, C. Osmanlının uzun illər susub birdən birə dil açıb danışması nə ilə bağlıdır? Hansı amillər onu indi danışmağa vadar edir?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin qarşısı tam olaraq alınmayınca, C. Osmanlı və onun tərəfdarları da beləcə dil açıb danışmaqda, özlərini təmizə çıxarmaqda davam edəcəklər: “Nə qədər ki, Azərbaycanda “bezdelnik”lərin əl-ayağı yığılmayıb ölkədə sabitliyi pozmağa cəhd edən insanların da sayı çox olacaq. Ceyhun Osmanlı və digərləri görür ki, Fətullah Gülənin vəzifədə və digər kürsülərdə olan tərəfdarları bu günləri Azərbyacanda at oynadır. Amma görəndə ki, onlara dəyib dolaşan yoxdur, onlar da yenidən keçmiş status-kvolarını bərpa etməyə cəhd göstərirlər. Düşünürəm ki, Ceyhun Osmanlı və onun tərəfdarları Azərbaycanda hələ çoxdur. Özləri də vaxtilə səmimi etiraf edirdilər ki, Gülən tərəfində fəaliyyət göstərməkdən ötrü hakimiyyətdə olan məmurlar sıraya düzülürdülər. Həmin adamlar yenə də vəzifədə qalıblar. Onlara tapşırılır ki, nə qədər bacarırlar ölkədə qarışıqlıq yaratsınlar və dövlət başçısına xəyanət edənlərin hamısının pis əməlləri yaddan çıxsın. Belədə bu qüvvələr də at oynatmağa başlasınlar. Ona görə də C. Osmanlı, Rəbiyyət Aslanovun oğlu, onu aparıb vəzifəyə qoyanlar nə qədər ki, həbs olunmayıblar, Azərbaycanda sabitlik pozulacaq. Bu dairələr sabotajçılıqla məşğuldurlar. Ceyhun Osmanlı, Elnur Aslanovun, onun təhsil nazirliyində çalışan qohumlarının yeri həbsdir. Onlar çalışırlar ki, qardaşıma meydan oxusunlar. Amma bunu edə bilməyəcəklər. Partiya olaraq hakimiyyət daxilində olub prezidentə xəyanət edənlərə və FETÖ tör-töküntülərinə və onları himayə edənlərə qarşı ciddi şəkildə mübarizəyə başlamışıq. Bu insanlar həbs edilməlidir. Həbs edilməsələr Azərbaycanda sabitliyin pozulması istiqamətində addım atmaqda davam edəcəklər”.

ELÇİN

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır