www.sinerjipro.net

SinerjiProWide
Reklam

Türkiyənin ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 16 aprel Konstitusiya referendumuna dair hesabatını təqdim edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, CHP-nin hazırladığı hesabatda “Əvət” düşərgəsinin 2015-ci il 1 noyabr seçkiləri ilə müqayisədə 4,8 milyon səs itirdiyi qeyd olunub.

Hesabatda referendumda seçici fəallığının 85,4 faiz olduğu, onlardan 1,73 faizinin (862 251nəfər) səslərinin etibarsız sayıldığı əks edilib:

“Ölkə daxilində seçicilərin 61,7 faizini təşkil edən 33 vilayətdə “Xeyr”, seçicilərin 38,3 faizini təşkil edən 48 vilayətdə isə “Əvət” səsləri verilib.

“Ümumi səslərin 46,3 faizinin ümumiləşdiyi 326 rayonda “Xeyr”, səslərin 53,7 faizinin aid olduğu 644 rayonda isə “Əvət” nəticəsi çıxıb”.

CHP-nin təqdim olunan hesabatına əsasən, AKP-MHP tandemi 2015-ci il 1 noyabr səsləri ilə müqayisədə 16 aprel referendumunda birlikdə 4,8 milyon səs itirib:

“2015-ci il noyabrın 1-də AKP-MHP səslərinin 50 faizdən çox olan 16 vilayət və 146 rayonda “Xeyr”, o partiyaların 50 faizdən az səs qazandıqları 3 vilayət və 22 rayonda isə “Əvət” nəticəsi alınıb. Həmin 16 vilayətdə “Xeyr” səsləri proqnozlaşdırılan 2,6 milyon əvəzinə, 11,5 milyon təşkil edib. Bundan başqa, 146 vilayətdə proqnozlaşdırılan 1,6 milyon yerinə 6,3 milyon “Xeyr” nəticəsi çıxıb”.

Hesabata əsasən, CHP-nin idarəçiliyində olan 14 vilayətdən 11-də “Xeyr” səsləri üstünlük qazanıb:
“11 507 seçki qutusundan etibarsız səs çıxmayıb. Həmin qutulardan 879 min 229 “Əvət”, 574 min 408 “Xeyr” səsi çıxıb”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."