!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Christian Bale yeni Steve Jobs olacaq

!Reklam – Yazi

jobs-jpgYenicag.az-ın əldə etdiyi məlumata görə, Aktyor Christian Bale Steve Jobs haqqında yeni bioqrafik filmdə baş rolda olacaq.

Film CNN kanalının keçmiş rəhbəri və Time jurnalının redaktoru Walter Isaacsonnun “bestseller”i olan “Steve Jobs” kitabı əsasında çəkilir.
Ssenarist Aaron Sorkinin Bloomberg agentliyinə verdiyi məlumata görə, britaniyalı aktyor Christian Bale Apple şirkətinin qurucusu Steve Jobs haqda yeni bioqrafik filmin baş qəhrəmanını canlandıracaq. Onun sözlərinə görə filmin çəkilişləri yaxın aylarda başlayacaqdır. Film CNN kanalının keçmiş rəhbəri və Time jurnalının redaktoru Walter Isaacsonnun “bestseller”i olan “Steve Jobs” kitabı əsasında çəkilir. 2011-ci ildə işıq üzü görmüş kitab Jobsdan alınmış müsahibələr həmçinin ailə üzvləri, dostları, həmkarları və rəqibləri olmaqla yüzlərlə çox insanla edilmiş söhbətlərə əsaslanır. Filmin necə adlandırılacağı və ekranlara nə zaman çıxacağı hələ ki məlum deyil.
Aaron Sorkin Facebook sosial şəbəkəsinin qurucusu olan Mark Zuckerberg haqda çəkilmiş “Sosial Şəbəkə” (2010) filminin ssenaristliyinə görə “Oscar” və “Qızıl qlobus” mükafatlarının laureatıdır.
Christian Bale məşhurluğu Christopher Nolanın “Batman” triologiyasındakı roluna görə qazanıb. Aktyor həmçinin, “Döyüşçü” (2010) filmindəki roluna görə ən yaxşı köməkçi kişi aktyor nominasiyası üzrə “Oscar” mükafatının sahibidir.
Bale-in sınaq çəkilişlərinə belə gəlməsinə ehtiyac duyulmadığını söyləyən ssenarist Aaron Sorkin bu rol üçün Leonardo Di Caprio-nun namizədliyinin də müzakirə edildiyini vurğulayıb.
Qeyd edək ki, bu Jobs haqda çəkilən ilk film deyil. 2013-cü ildə işıq üzü görən “JOBS” filmində “Apple” şirkətinin qurucusunu məşhur aktyor Ashton Kutcher canlandırmışdı.

www.yenicag.az

552
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv