!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çılğın millət vəkili stadionda toy tərəfdarı çıxdı

!Reklam – Yazi

12647312_948896291859216_781765907400385877_n“Mən Olimpiya Stadionu və digər bu kimi idman mərkəzlərində toy mərasimləri və digər şənlik xarakterli tədbirlərin keçirilməsi təkliflərinə cəmiyyətdə bu qədər mənfi reaksiya göstərilməsini başa düşə bilmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli söylədi: “Gənclər və idman naziri bununla bağlı birbaşa olaraq məlumat verdi ki, digər ölkələrdə də stadionlardan idmandan kənar başqa tədbirlərin keçirilməsi üçün də yaralanırlar. Məsələn, İspaniyada, Cənubi Asiya ölkələrində belədir. Bu addımlar ona yönəldilib ki, idman tədbirləri keçirilməyən vaxtda stadionlar boş qalmasın, burada başqa kütləvi, o cümlədən mədəni tədbirlər, şənliklər, festivallar keçirməklə idman kompleksləri öz xərclərini müəyyən qədər ödəmək gücündə olsunlar. Ona görə də bu cür komplekslərdə də hər cür tədbirlər, şənliklər keçirilə bilər, buna normal yanaşmaq lazımdır. Belə olarsa, həmin stadion və idman kompleksləri maddi baxımdan dövlət büdcəsindən daha az asılı olar və əksinə, bu yolla rentabelli olmaq barədə düşünərək, özlərinə əlavə qazanc da götürə bilərlər. Cəmiyyətdə indiki vaxtda şənliklərə müəyyən qədər mənfi münasibət bəslənilir. Bu da manatın devalvasiyasından sonra insanlarda yaranan ovqatdan irəli gəlir. Sosil şəbəkələrdə stadionlarda toy şənliklərinin keçirilməsinə münasibətdə formalaşan mənfi münasibət də məhz bu ovqatdan, psixoloji sosial amillərdən irəli gəlir, bunu edənlər yaranmış vəziyyətlə bağlı olaraq acıqlarını bilmirlər nədən çıxsınlar. Hər bir halda idman komplekslərində şənliklərin keçirilməsinə yaşıl işıq yandırılması da doğru qərardır və digər təşkilatlarda bundan nümunə götürə bilərlər”.

ELÇİN

www.yenicag.az

715
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv