Cinayətkarı DSX dənizdən tapdı

Müəllif: Redaktor

Editor

Uzun müddətdir polis axtarışında olan şəxs dənizdə tapılıb.

İyulun 19-da xidmətə Fövqəladə Hallar Nazirliyindən Xəzər dənizində Pirallahı adası istiqamətində bir nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən qeyd olunan istiqa-mətdə dərhal axtarış-xilasetmə tədbirləri həyata keçirilib. İyulun 20-də havanın əlverişsiz olmasına baxmayaraq texniki müşahidə vasitələri ilə su səthinə keçirilən baxış nəticəsində sahildən 250 metr məsafədə Xəzər dənizində köməksiz qalmış şəxs aşkar edilərək sahilə çıxarılıb.

Aparılmış araşdırma zamanı xilas edilmiş şəxsin Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsi tərəfindən 7 iyun 2016-cı il tarixdən axtarışda olan, dəfələrlə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Pirallahı qəsəbə sakini Hüseynov Pənah Valeh oğlu olduğu müəyyən edilib. Onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddə¬si ilə başlanılmış cinayət işi ilə əlaqədar axtarışa verildiyi bildirilir.

Saxlanılmış şəxs Daxili İşlər Nazirliyinin Pirallahı rayon polis şöbəsinə təhvil verilib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır