www.sinerjipro.net

SinerjiProWide
Reklam

1825-ci ildə müstəqillik qazanan Boliviya qeyri-adi həbsxanaları ilə seçilir.

Yenicag.az xəbər verir ki, paytaxtı La Pas şəhəri olan ölkənin türmələrində məhbuslar qaldıqları kameraları kirayələyərək, öz ailə üzvləri ilə birlikdə yaşaya bilirlər.

Maraqlıdır ki, burada turistlərin də ziyarət edə biləcəyi həbsxanalar var. Məsələn, San Pedro həbsxanasında ailəsi ilə birlikdə yaşamaq istəyən məhbuslar mütləq çalışmalıdırlar.

San Pedroda 250 məhkumun saxlanılması nəzərdə tutulsa da, hazırda burada olan cinayətkarların sayı 1500-ə bərabərdir.

Həbsxana şəhər kimi bölgələrə ayrılıb. Burada Posta, Pinos, Alamos, San Martin, Prefektura, Palmar, Quanay və Kança kimi bölgələr var. Həbsxananın əl lüks bölgəsi La Postadır. Burada qalan məhkumlar üçün xüsusi vannalar, mətbəxli və kabel televiziyaları var. La Postada kamera kirayəsi isə 1500-1800 dollar aralığında dəyişir. Bir sözlə, cinayətkarlar gəlir səviyyələrinə görə, qalacaqları bölgələri özləri müəyyənləşdirirlər. Daha zənginsənsə, hətta cakkuzisi olan kameralarda da qalmaq hüququna sahibsən.

Pulun yoxdursa, həbsxana rəhbərliyi səni daha çox insanın olduğu bölgəyə “sürgün” edir.

San Pedroda həbxsana nəzarətçiləri olmur. Burada təhlükəsizlik və idarəetmə məhkumlar tərəfindən təşkil edilir. Həbsxananın hər bölgəsində market və oyun meydançaları var. Restoranlar da məhkumlar tərəfindən işlədilir.

Həbsxanada demokratik yolla seçilən 8 komitə mövcuddur. Komitənin sədri də buranın sakinlərinin iradəsi ilə seçilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1721
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."