!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çingiz Abdullayev üsyan etdi - Bağlanılan "26" kafesinə görə

!Reklam – Yazi

Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” – “Twenty six” adlı kafe bağlanması xalq yazıçısı Çingiz Abdullayevin etirazına səbəb olub.

Yenicag.az xəbər verir ki, o, bu barədə “facebook” səhifəsində fikirlərini bölüşüb.

“Şadlıq evi və restoranı bir neçə əlavə gəlir yeri olan insanlar aça bilərlər. “26” rəqəmi bizim bəzi məmurları narahat etdi. Lakin bu restoran uzun illərdir ki, fəaliyyət göstərir. Bildiyim qədər sahibkara kafenin adını dəyişdirmək təklif olunub və o, razılaşıb. Bununla yanaşı, bildirib ki, maşınının nömrəsi də “26”dır və rəqəm onun yaşı ilə əlaqəlidir. Ardınca nələr olduğunu artıq bütün dünya bilir. Çoxmilyonluq şəhərin meri polis zabitləri ilə gəldi, kafeni bağladı, mebelləri içəridən çıxardılar. Deyirlər, bu oğlanı tutacaqlar. Maraqlıdır, hansı maddə ilə? Məhkəmənin qərarı olmadan fərdi sahibkarın mebelini necə qırmaq və müsadirə etmək olar? Onu necə saxlamaq olar? Artıq indi İsrail, Amerika, Rusiyadakı insanlar bizə gülürlər. İyirmi altısında doğulan hər kəsə tarixi dəyişməyi təklif edirlər, maşınlarda və avtobuslarda 26 rəqəmini qadağan edirlər. Bundan artıq şərh etməyəcəm, yoxsa aludə ola bilərəm”.

www.yenicag.az

7500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv