Ads by Google

hightechnic
Ads by Google

1446360204_indexYenicag.az xəbər verir ki, Vətəninfo.az-a İmişli rayon 80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasından daxil olan məlumatda qeyd edilir ki, 31 oktyabr 2015-ci il tarixdə Azadlıq qəzetinin müxbiri Təzəxan Mirələmli İmişli rayonunda yerləşən 80 saylı İmişli-Beyləqan Dairə Seçki Komissiyasının bir neçə məntəqəsində olub.

Məlumatda vurğulanır ki, məntəqə sədrlərindən rüşvət tələb edən Təzəxan Mirələmli sabah keçiriləcək parlament seçkilərini mətbuatda işıqlandıracağını bildirib. Rüşvət verməkdən imtina edən məntəqə sədrləri onu məntəqədən uzaqlaşdırıblar. Buna cavab olaraq, Təzəxan Mirələmli bu gün çalışdığı qəzəetin internet səhifəsində məntəqə sədrləri və üzvlərinin yerində olmaması ilə bağlı yazı dərc etdirib. Lakin aldığımız məlumatda məntəqə sədri və üzvləri hazırda iş başındadır və demokratik şəkildə seçki prosesi davam edir. Məlumatda vurğulanır ki, adı hallanan müxbirin məhz 80 saylı İmişli-Beyləqan seçki dairəsini seçməsinin səbəbi,bu dairədə yenidən namizədliyini irəli sürən və əhali tərəfindən yenidən səs veriləcəyi yüksək olan Çingiz Qənizadəyə qarşı təxribat olub.

Məlumatda deyilir ki, Əli Kərimlinin nəzarətində olan qəzetin müxbirinin belə bir hərəkəti təxribat xarakerlidir və o, birbaşa qəzetin sahibindən aldığı təlimata uyğun hərəkət edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."