www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanda səfərdə olan Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının Beynəlxalq Hərbi Əlaqələr Bürosunun rəisi kontr-admiral Quan Yufeyin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələrində görüşlər keçirib.

Yeniçağ.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan tədbirdə qonaq heyət Müdafiə nazirinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsini icra edən general-mayor Fuad Məmmədovla görüşüb.

Hərbi Dəniz Qüvvələrini ziyarət edən qonaqlar bazanın ərazisi ilə tanış olduqdan sonra komandanın vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovla da görüşüblər.

Görüşlərdə iki ölkənin Silahlı Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektiv istiqamətləri nəzərdən keçirilib.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."