!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Çinlə yaxınlaşan Pakistan ABŞ-ın himayəsindən çıxır” – Rusiyalı ekspert

!Reklam – Yazi

“Rusiya da Çinin Pakistandakı hərbi bazasının antiterror statusunu dəstəkləyəcək”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Pakistan-Çin hərbi əməkdaşlığının genişləndirilməsini şərh edən Rusiyalı politoloq Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, hərbi sahədə əməkdaşlığı gücləndirən Pakistanla Çin öz milli maraqlarından çıxış edirlər:

“Sözsüz ki, Hindistan bu məlumatı öz milli maraqlarına zərbə kimi qiymətləndirəcək. Rəsmi Dehli ehtimal edir ki, indiki halda bu addım Çinlə Pakistanın antiHindistan hərbi infrastrukturunun yaradılmasına cəhddir. Ancaq reallıqda hər şey iddia olunduğu kimi birmənalı deyil.

Əslində, İslamabad Çinlə hərbi əməkdaşlığı möhkəmləndirməklə, özünün milli maraqlarına təhdid saydığı ABŞ-ın nəzarətindən çıxmaq kursunu davam etdirir. Pakistanın bu addımını şərtləndirən mühüm amillərdən biri də Hindistanla ABŞ arasında hərbi əməkdaşlığın gücləndirilməsidir.

Çin isə öz növbəsində Hindistanı və digər tərəfdaşlarını inandırmağa çalışacaq ki, Pakistanla hərbi əlaqələrin genişləndirilməsi Şanxay Təşkilatına üzv olan – Hindistan da ora daxildir – iki qonşu ölkə arasında bu qurumun Regional antiterror strukturu çərçivəsində hərbi əməkdaşlığa xidmət edir.

Rəsmi Pekin bəyan etdiyi bu fikirlərin doğruluğunu göstərmək üçün Şanxay Təşkilatı ölkələrinin, həmçinin Əfqanıstan, Belorus, İran və Monqolustanın iştirakı ilə Pakistandakı hərbi bazasında antiterror təlimlərinin keçirilməsi təşəbbüsünü irəli sürə bilər.

Eyni zamanda, Şanxay Təşkilatının tərəfdaş ölkələri olan Azərbaycan və Türkiyənin həmin təlimlərə dəvət olunması istisna edilmir. Bu halda Rusiya da Çinin Pakistandakı hərbi bazasının antiterror statusunu dəstəkləyəcək”.

Ekspertin fikrincə, Çin silahlanmaya ciddi diqqət yetirsə də, indiki halda hansısa ölkəyə hücum etməyə hazırlaşmır:

“Əminəm ki, Çin heç kimə hücum etməyəcək. Ancaq bu o demək deyil ki, Çin ABŞ-la artan rəqabət şəraitində öz milli maraqlarını qorumaq və Orta Asiyada nüfuzunu gücləndirmək üçün ölkə xaricində öz hərbi bazalarının gücləndirilməsində maraqlı deyil. Pakistanla həmsərhəd olan Əfqanıstanda ABŞ qoşunları çoxdan yerləşdirilib və oranı tərk etməyə hazırlaşmır. Bildiyiniz kimi, hazırda Əfqanıstan ərazisi terror, narkotiklərin qanunsuz dövriyyəsi və digər beynəlxalq cinayətlərin məskənidir.

Yeri gəlmişkən, Çinlə yanaşı, Türkiyə, Rusiya, İran və Əfqanıstan da son zamanlar terrorizmlə mübarizə sahəsində Pakistanla əməkdaşlığı genişləndirirlər. Məsələn, ötən il dekabrın 24-də Pakistanda təhlükəsizlik və terrorizmlə mübarizəyə dair parlamentlərarası konfrans keçirilib. Yəni 2018-ci ilin əvvəli üçün bu məsələdə ciddi pozitiv elementlər də var”.

www.yenicag.az

1674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv