www.sinerjipro.net

SinerjiProWide
Reklam

142778_res_01ABŞ xüsusi xidmət orqanları Aralıq dənizində itkin düşən “EgyptAir” təyyarəsinin göyərtəsində partlayıcı qurğunun işə salındığını ehtimal edirlər.

RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə CNN telekanalına ABŞ xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Məlumata görə, əldə olunan ilkin məlumat bombanın partladığını ehtimal etməyə əsas verir.

ABŞ xüsusi xidmət orqanları Fransa və Misirin müvafiq qurumları ilə əməkdaşlıq edərək kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirir. Qeyd edək ki, Parisdən Qahirəyə uçan “EgyptAir” hava şirkətinə məxsus MS804 təyyarəsi Aralıq dənizi üzərində olarkən radarlardan itib. Onun göyərtəsində 56 sərnişin və 10 heyət üzvü olub. Onların taleyi barədə hələlik heç bir məlumat yoxdur. (APA)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 139
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."