!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Coca-Cola Azərbaycan”ın 47 yaşlı subay rəhbəri necə öldü? – FOTO

!Reklam – Yazi

403859Tanınmış iş adamı, “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin baş direktoru Cem Becelin ölümü ilə bağlı bəzi detallar məlum olub.

Hadisə “Port Baku Residence”də baş verib. 47 yaşlı Cem Becel dostları ilə birlikdə oraya idmanla məşğul olmağa gedibmiş. Saat 22 radələrində Cem Becel qəfildən özünü pis hiss edib. Dərhal təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, türkiyəli iş adamının həyatını xilas etmək münkün olmayıb.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Rayon Prokurorluğunun işçiləri gəliblər. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə aparılıb. Cem Becelin infarktdan öldüyü deyilir. Lakin şirkət direktorunun ölümünün dəqiq səbəbi aparılacaq tibbi ekspertizadan sonra məlum olacaq.

Qeyd edək ki, Cem Becel “Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi. Mərhum uzun müddət basketbolla məşğul olub.

C.Becel 1969-cu ildə İstanbulda anadan olub. Subay idi.(musavat)

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv