www.sinerjipro.net

SinerjiProWide
Reklam

1244663 Artıq bu brend altında istehsal olunan məhsulların üzərinə “sağlamlığa zərərlidir” ifadəsi yazılacaq

 ABŞ-ın Kaliforniya Əyalət Senatı, şəkərli içkilərin üzərində “sağlamlığa zərərlidir” xəbərdarlığının qoyulmasına qərar verib. YENİCAG.AZ xəbər verir ki, qanun 1 ay ərzində tətbiq olunacaq.

 Tənzimləmənin ardından başlayan müzakirələrə cavab verən senator Bill Monning, “Şəkər xəstəliyi və diş problemlərinin ən əhəmiyyətli tətikləyicisi şəkərdir. Bu tənzimləməni həddindən artıq mühafizəkarlıq olaraq təqdim etmək, çox mənasızdır. Xalqın sağlamlığı hər şeydən əhəmiyyətlidir” deyib.

 Qeyd edək ki, dünyada şəkərli içkilərin önündə “Coca Cola” brendi gəlir. Belə ki, mütəxəssislərin hesablamalarına görə, bir stəkan kolada 10 çay qaşığı qədər şəkər var. Yəni, insanın günlük istifadə edəcəyi şəkərdən 100 dəfə çoxdur.

Bu miqdarda şəkərdən istifadə etdiyiniz halda ürək bulanmasının olmamasının səbəbi kolanın içində olan fosfor turşudur.

Kola içdikdən sonra ilk 20 dəqiqədə: Qan şəkəri həddindən artıq şəkildə yüksələr.

Bunun nəticəsində pankreasınızda həddindən artıq dərəcədə insulin ifraz olunar və qan şəkərinin çoxu qaraciyərdə yağ olaraq yığılmağa başlayır.

40 dəqiqə içində: Kafeinin hamısı dövrana girmiş olar. Qan təzyiqi yüksələr, qaraciyərdən daha çox şəkər ifraz edilərək qana keçər və qan şəkəri təkrar yüksələr.

4 dəqiqə içində: Beyində dopamin istehsalı artar, xoşbəxtlik hissi başlar (eroin təsirinə bənzər bir təsir meydana gəlir.)

Və beləliklə, insan öz düşməninə-təkrar kolaya və şirin məhsullara hücum edər.

Bu sonsuz dövr davam etdiyi müddət qaraciyər və göbək piylənməsi artar, bədənin bütün hüceyrələrində leptin və insilin müqaviməti inkişaf edər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 94
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."