!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cocuq Mərcanlıda partlamamış hərbi sursat aşkarlandı

!Reklam – Yazi

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində partlamamış hərbi sursat aşkarlanıb.

Yenicag.az Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki, kənd ərazisində gün ərzində 22 500 kv.m (2.25 ha) ərazi tam təmizlənib, 3 400 kv.m (0.34 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 25 900 kv.m (2.59 ha)), 1 ədəd partlamamış hərbi sursat (UZRQM) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb. Əməliyyatlarda 45 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 5 gün ərzində 3 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 75 500 kv.m (7.55 ha) ərazi tam təmizlənib, 24 900 kv.m (2.49 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 100 400 kv.m (10.04 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

www.yenicag.az

1719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv