Yazı İçi 468×60

Azərbaycandakı Türk iş adamlarını özündə birləşdirən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə 8 oktyabr 2017-ci il tarixində Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yerli sakinlərə dəstək tədbiri və “Çərpələng şənliyi” keçiriləcək.

Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin və qardaş ölkənin iri şirkələrinin yaxından dəstəyi ilə həyata keçirilir. Tədbir çərçivəsində yerli sakinlər üçün sürpriz olacaq yeniliklər baş tutacaq.

Bu məqsədlə 8 oktyabrda TÜİB-ə üzv olan sahibkarlar və şirkətlərin nümayəndələri ailələri ilə birlikdə böyük bir qrup Cocuq Mərcanlıya səfər edəcəklər. Tədbirdə Türkiyənin Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri Erkan Özoral da öz ailəsi ilə birlikdə iştirak edəcək.
Səfər zamanı qrup üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndinin əhalisi ilə tanış olacaq, uşaqlar üçün «Çərpələng Bayramı» ilə yanaşı, müxtəlif oyunlar və animasiyalar da təşkil ediləcək.

«Çərpələng Bayramı» tədbiri 8 oktyabr 2017-ci il tarixində Cocuq Mərcanlı kəndində çərpələng uçurtma ilə başlayacaq. Eləcə də səfər çərçivəsində TÜİB-in üzvü olan Türkiyənin dünya şöhrətli «DünyaGöz» xəstəxanasının Bakıdakı nümaynədəliyi tərəfindən yerli sakinlər üçün pulsuz «Göz müayinəsi»təşkil ediləcək. Bu məqsədlə xəstəxananın müvafiq avadanlıqları artıq Cocuq Mərcanlıya göndərilib.

Bundan başqa, TÜİB-in digər üzvü olan «Türk-Amerikan Medikal Center» tərəfindən yerli sakinlər üçün pulsuz «Sağlamlıq müayinəsi» təşkil ediləcək.

Səfər zamanı Cocuq Mərcanlı orta məktəbinə dəstək məqsədilə məktəbin kitabxanasına TÜİB üzvləri tərəfindən 1000 ədəd kitab hədiyyə ediləcək.

Bayram şənliklərində TÜİB-in üzvləri olan «Lime Catering» və «Büyükfırat Grubu» yerli sakinlər və səfər edənlər yüksək keyfiyyətli yemək və türk dönəri servis ediləcək. İçkilər isə «Coca Cola» şirkəti tərəfindən təşkil ediləcək.

Səfər zamanı «TÜİB Cocuq Mərcanlıya Dəstək Qrupu» işləri çərçivəsində görülən işlərin nəticələri də müzakirə olunacaq. Kənddə həyata keçiriləcək layihələr yerli sakinlər və maraqlı tərəflərlə müzakirə olunacaq, bu işlər üçün «Yol xəritəsi» dəqiqləşdiriləcək.
Xatırladaq ki, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) Azərbaycanın işğaldan azad edilən kəndinin inkişafında yaxından iştirak etməyi özünə hədəf seçib və TÜİB tarixi təşəbbüs irəli sürüb – «Made in Jojuq Marcanli» brendini yaradıb dünyaya tanıtmaq. Türkiyənin iş adamları uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək niyyətindədirlər. Digər məqsəd sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır. Sentyabrın 15-də artıq 2-ci dəfə Cocuq Mərcanlıya səfər edən TÜİB rəhbərliyi və üzvləri kənd məktəbində 24 ildən sonra zəngin çalınmasında iştirak edib. Bu dəfə isə TÜİB növbəti səfəri planlayıb.

Təşkil edilən tədbir ölkə mediası üçün də açıqdır. Mətbuat orqanları Cocuq Mərcanlıda görülən işlər, keçiriləcək tədbirlə tanış olmaq və onu işıqlandırmaq üçün qrupla birlikdə öz əməkdaşlarını da səfər göndərə və ya bölgü müxbirlərini Cocuq Mərcanlıya ezam edə bilərər.
Səfərin proqramı belədir:

8 oktyabr 2017-ci il tarixində Cocuq Mərcanlı səfərində iştirak etmək istəyənlərin diqqətinə
Səfər Planı:

08 oktyabr 2017

06.30: Türkiyənin Azərbaycandakı səfirliyinin baxçasında görüş. Şəxsi avtomobilləri səfirliyin həyətində və ya yaxın dayanacaqlarda saxlamaq olar.

07.00: Bakıdan avtobuslarla Hacıqabul-Kürdəmir-İmişli-Beyleqan-Horadiz yoladüşmə. Cocuq Mərcanlıya yetişmə vaxtı təxminən saat 11. (saat 9.15-10.00 arasında “Azersun Şəkər Fabriki”ndə səhər yeməyi fasiləsi olacaq)

11.00: Cocuq Mərcanlı sakinləri ilə tanış olma və hazırlıq işləri.

12.00: Çərpələng Bayramı başlayacak. Burada fərqli oyun və animasyalar da təşkil ediləcək.

Səfər zamanı:

1. TÜİB üzvü olan “Dünya Göz” Xəstəxanasının təşkil edəcəyi “Göz Taraması” həyata keçiriləcək… Dünya Göz Xəstəxanasının avadanlıqları Cocuq Mərcanlıya gönderilib.
2. TÜİB üzvü olan “Türk Amerikan Medikal Center” tərəfindən yerli sakinlər üçün “Sağlamlıq müayinəsi” həyata keçiriləcək.
3. Cocuq Mərcanlı Tam Orta Məktəbininin kitabxanasında 1000 kitab var. “Cocuq Mərcanlıya 1000 kitab da Bizdən“ layihəsi çərçivəsində TÜİB üzvləri tərəfindən toplanan kitablar təhvil veriləcək.
4. TÜİB üzvü “Lime Catering” Cocuq Mərcanlı sakinləri və səfər iştirakçıları üçün yemək və “Büyükfırat Grupu” isə dönər təqdim edəcək.
5. İçkilər TÜİB üzvü olan “Coca Cola”dan təqdim ediləcək.
6. “TUİB Cocuq Mərcanlı Dəstək Qrupu” layihəsi çərçivəsində görülən işlərin nəticələri və kəndin inkişafı üçün hazırlanacaq konsepsiya layihəsi və yol xəritəsi kənd sakinləri və rəhbər şəxslərlə müzakirə ediləcək.

17.00: Bakiya qayıdış

21.00 : Bakıya çatmaq

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1205
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."