www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Ötən gün neft qiymətlərinin 4 faiz ucuzlaşmasında günahkar OPEC-in özüdür”

Yeniçağ.Az  OilGas.az-a  istinadən xəbər verir ki, belə bir açıqlama ilə Commerzbank ekspertləri çıxış edib. Onların fikrincə, OPEC-in hazırki ritorikası bazara ümidləri artıraraq investorların diqqətini OPEC-dəki neft hasilatında cəmləyib. Lakin kartelin neft tədarükünü bu süni aşağı səviyyədə saxlayacağını ehtimal etmək uzaqgörən siyasət deyil.

Ekspertlər OPEC-i papaqdan dovşan çıxarmağa çalışan sehirbaza bənzədiblər:

“Hazırda OPEC daha çox sehirbazı xatırladır. Bu sehirbaz auditoriyanın diqqətini əllərində cəmləyir (hasilat siyasətində). Bu zaman əsl fokus özü başqa bir yerdə (OPEC-ə daxil olmayan ölkələrdə) baş verir. Əgər kartel papaqdan dovşan çıxarmağı bacarmasa, üzülmək lazım deyil. Əlbəttə “möcüzə” hələ də baş verə və OPEC-də neft hasilatı qəfildən azala bilər. Məsələn, Venesueladakı maliyyə problemləri, Yaxın Şərqdə neft ixracının aşağı düşmək ehtimalı və ya İranın yenidən neft embarqosuna düşməsi nəticəsində bu “möcüzə” baş verə bilər. Lakin OPEC bu faktorlara güvənməyib strategiyasını bir daha əzərdən keçirməli, bazara dəyiş.mək üçün daha çox vaxt verməlidir”.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 53
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."