"Çörəkpulu" və digər imtiyazlar ləğv olunub? - "Qaçqınkom"dan açıqlama

Müəllif: Redaktor

Editor

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlər üçün aylıq “çörəkpulu”nun və digər imtiyazların ləğv olunmasına dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirib ki, Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tərəfindən belə bir qərar verilməyib: “Bu barədə yazılanlar yalandır”.

Qeyd edək ki, dünən KİV-də yayılan xəbərə görə, Əli Həsənovun qərarı ilə işləyən məcburi köçkünlər dövlətin onlara ayırdığı “çörəkpulu”ndan- 18 manat 15 qəpik məbləğində vəsaitdən məhrum ediliblər.

Bundan başqa məcburi köçkünlərə kommunal xərclərə görə, dövlətin ayırdığı vəsait və nəzərdə tutulan imtiyazlar da ləğv edilib. İndiyədək həmin kommunal xərcləri Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aidiyyatı üzrə “Azəriqaz”a və “Azərişıq”a ödəyirdi. Mənbənin verdiyi məlumata görə, bütün bunların əvəzində məcburi köçkünlərə cəmi 10 AZN əlavə yardım veriləcək.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir