Coşqunun əməliyyatdan sonrakı vəziyyəti haqda açıqlama

Müəllif: Redaktor

Editor

vez

Xəbər verdiyimiz kimi, əməkdar artist Coşqun Rəhimov ötən gün üçüncü dəfə əməliyyat olunub.

Axşam.az-ın məlumatına görə, “Bu şəhərdə” komandasının prodüseri Müşviq Abbasov “ATV xəbər”ə açıqlamasında aktyorun boğazında yenidən şiş əmələ gəldiyini bildirib:

“Əməliyyat 3 saat çəkdi. Limfa düyünlərində problem var idi. Yenidən bir neçə törəmələr yaranmışdı. İndi vəziyyəti yaxşıdır, bir neçə gündən sonra ayağa qalxacaq”.

Qeyd edək ki, C.Rəhimov uzun müddətdir qalxanabənzər vəzin xərçəngi xəstəliyindən əziyyət çəkir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır