www.sinerjipro.net

SinerjiProWide
Reklam

Futzal üzrə milli komandanın problemləri bitmək bilmir. Bir müddət öncə yerli oyunçular millidə əcnəbilərin çoxluq təşkil etməsi ilə bağlı öz etirazlarını dilə gətirmişdi. Bu dəfə isə braziliyalı məşqçi Biro Jade ilə yerli futzalçı Ramiz Çovdarov arasında problem yaranıb. Bu üzdən də baş məşqçi Çovdarovu millinin toplantısına çağırmayıb. Oyunçunun məşqlərə, milliyə qarşı intizamsızlığını səbəb göstərən baş məşqçi onu beləcə cəzalandırıb. Hətta adıçəkilən futzalçı millinin Avropa çempionatının əsas mərhələsi çərçivəsində keçirtdiyi oyunlarda iştirak edə bilməyib.

Yeniçağ.az Futzal Federasiyasında və yığmasında baş verən problemlərlə bağlı bəzi məlumatlar əldə edib. Federasiyadan verilən məlumata görə, Ramiz Çovdarovla Biro Jade ciddi mübahisə edib. Davanın böyüməsinin qarşısını məşq zalındakı şəxslər alıb. Məşqçi rəhbərliyə belə bir idmançının onun komandasında yer ala bilməyəcəyini bildirib. Hətta “ya o, ya da mən” şərtini qoyub. Qurum rəhbərliyi isə Biro Jadeni seçib. Həmçinin futzalçıya cəza verilib və maaşından da tutulub. Məsələ ilə bağlı R.Çovdarov Futzal Federasiyasının rəhbərliyi ilə görüşərək, onlardan komandaya qayıtması üçün yardım istəyib. Lakin rəhbərlik Jadenin təklifini qəbul edib, Çovdarovdan imtina edib. Ancaq baş məşqçi futbolçunun ondan hamının qarşısında üzr istəməsini və bir daha intizamsızlıq etməməsi şərtini qoyub. Bu olacağı təqdirdə futbolçu yenidən komandaya qayıda bilər.

Aygün İlqarqızı

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 40
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.