!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Çox çətin oldu" -"Şerif"in baş məşqçisi

!Reklam – Yazi

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” – “Şerif” matçı 0:0 hesabı ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən qonaqların baş məşqçisi Roberto Bordin oyunla bağlı fikirlərini açıqlayıb:

“Çox çətin oldu. İlk hissədə yaxşı oynadıq. İkinci hissədə müdafiəyə oturmalı olduq. Rəqibin çox yaxşı futbolçuları var. Sözsüz ki, azarkeşlərin də təzyiqi rol oynadı. “Qarabağ” topla yaxşı oynayan komandadır. Buna görə məqsədimiz əks-hücumlara bel bağlamaq idi. İkinci hissədə hücum edə bilmədik. Cinahları bağlamaq məcburiyyətində qaldıq”

Yenicag.az

www.yenicag.az

1017
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv