HighTechnic

hightechnic
Ads by Google

10f0ddf6f5ae3200333fa8de95629dce“Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildlikdən birinci və ikinci kitablar artıq hazırdır. Kitablar Mədəniyyət və Turizm Nazirliyinin anbarındadır. Kitabların müvafiq qurumlara paylanması işi ilə nazirlik məşğul olacaq. Üçüncü, dördüncü və beşinci cildlərin elektron variantlarını da nazirliyə təhvil vermişəm”.

Yenicag apa-ya istinadən bildirir ki, Rəsulzadə irsinin tədqiqatçısı, professor Şirmməmməd Hüseynov bu barədə deyib.

Ş.Hüseynov yaya qədər bu üç kitabın da hazır olacağını qeyd edib.

Qeyd edək ki, prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumların təklifləri ümumiləşdirilərək tədbirlər planı hazırlanıb. Tədbirlər planında “M.Ə.Rəsulzadənin Azərbaycan dövlətçilik tarixindəki rolu” mövzusunda elmi konfransın keçirilməsi, M.Ə.Rəsulzadənin xarici ölkələrin arxivlərində olan zəngin irsi və sənədlərinin toplanılıb Azərbaycana gətirilməsi, professor Şirməmməd Hüseynovun tərtib etdiyi M.Ə.Rəsulzadənin seçilmiş əsərlərindən ibarət çoxcildliyin nəşri, “Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyəti və müasirlik” mövzusunda elmi sessiyanın və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."