!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çoxmənzilli binalar təmir olunacaq - Sərəncam

!Reklam – Yazi

Prezident İlham Əliyev Samux rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə rayonun mənzil fonduna daxil olan 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri məqsədilə pul ayırıb.

Yenicag.az-ın xəbərinə görə, qeyd olunanlar üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Samux Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Bu vəsaitin 2 milyonu 53 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmiri, 1 milyonu isə abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub.

Yenicag.az

www.yenicag.az

616
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv